Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
''Asan Xidmət''in adından istifadə edib vətəndaşı aldadan ifşa edilib
Tarix: 15-02-2016 | Saat: 13:40
Bölmə:M / Karusel | çapa göndər

''Asan Xidmət''in adından istifadə edib vətəndaşı aldadan ifşa edilib

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

Vətəndaşlara özlərini “Asan Xidmət” mərkəzinin vəzifəli şəxsi kimi təqdim edərək onlara qarşı dələduzluq etmiş şəxslərin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı Nərgiz Elçiyevanın özünü Bakı şəhər 4 saylı “Asan Xidmət” mərkəzinin direktorunun köməkçisi kimi təqdim edən Rəşad Rəcəbov vasitəsi ilə Bakı şəhər sakinini mərkəzin maliyyə şöbəsinə işə qəbul etdirəcəyi adı ilə aldadaraq 1200 manatını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbəri paylaş

5158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___