Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
David Torosyan: Əgər Bakıda bir azərbaycanlı erməni idmançılara atəş açarsa...
Tarix: 13-03-2015 | Saat: 11:44
Bölmə:M / Karusel / İdman | çapa göndər

David Torosyan: Əgər Bakıda bir azərbaycanlı erməni idmançılara atəş açarsa...
“Mən heç vaxt öz oğluma Bakıya getməyə icazə verməzdim”.

Ermənistanın boks üzrə yığmasının baş məşqçisi David Torosyan Ermənistan MOK-un Bakıda keçiriləcək Avropa oyunlarında erməni idmançıların iştirakı ilə əlaqədar qərarına şərh verib.

Xeberaz.az xatırladır ki, Ermənistan yarışlarda güləş, sambo, cüdo, taekvondo, boks və atıcılıq üzrə təmsil ediləcək.

Ermənistan MOK-un qərarına qədər Torosyan deyirdi:

“Düşünürəm ki, erməni boksçuların bu turnirdə iştirakı mənasızdır və məqsədəuyğun deyil. Amma mən onlara icazə verə və ya qadağa qoya bilmərəm. Mən öz oğluma heç bir zaman Bakıya getməyə icazə verməzdim. Bu ölkə ilə münasibətlərimiz gərgindir və Bakıda bizim yüksək nailiyyətlər əldə etməməyimiz üçün hər şey ediləcək. Heç kim təhlükəsizliklə bağlı problemimizin olmayacağını əminliklə deyə bilməz. İdmançılar və onların valideynləri Avropa oyunlarında iştirakın əksinədirlər. Bakıda erməni idmançı özünü rahat hiss etməyəcək”, - news.am məşqçinin sözlərindən sitat gətirib.

Milli Olimpiya Komitəsinin qərarından sonra isə o, bəyan etdi:

“Ermənistanın boks üzrə yığması çıxılmaz vəziyyətdə qalıb. Ermənistan MOK-un qərarı ilə Ermənistan Bakıda keçiriləcək Avropa oyunlarında iştirak edəcək, bu, bizim üçün problemdir. Əgər payızda dünya çempionatında iştirak etmək istəyiriksə, o zaman Bakıya yola düşməliyik.

Onlar idmançıların karyeraları ilə deyil, insanların həyatı ilə oyun oynayırlar. Əgər Bakıda bir azərbaycanlı erməni idmançıya atəş açsa, bunun üçün kim məsuliyyət daşıyacaq? Əgər hər gün sərhəddə hərbçilər həlak olursa, erməni təyyarəsi vurulursa, Azərbaycan bizim təhlükəsizliyimizə necə zəmanət verə bilər?”, - Torosyan yekunlaşdırıb.


Xəbəri paylaş

7428 dəfə oxunub.

Digər xəbərlər
14-12-2016, 14:04 Dollar 97 faiz qalxacaq

bütün xəbərlər
____ Instagram ___