DİN general Məhhərrəm Əliyevin adam döyən qohumunun həbsxanadakı əli süpürgəli Fotolarına münasibət bildirdi
Tarix: 13-02-2016 | Saat: 22:26
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Daxili İşlər Nazirliyi (DİN) bir müddət əvvəl Bakıda yanacaqdoldurma məntəqəsində mühafizəçini döydüyü üçün inzibati qaydada cəzalandırılan İsa Əzizovun saxlandığı təcridxanada təmizlik işləri aparmasının onun hüquqlarının pozulduğu və aşağılandığı haqqında bir sıra KİV-də yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, yayılan məlumatların heç bir hüquqi əsası yoxdur: “Belə ki, "İnzibati həbs olunanların saxlanılma məntəqələri haqqında” təlimata və həmin məntəqələrin daxili intizam qaydalarına uyğun olaraq məntəqədə saxlanılan şəxslərin əsas vəzifələrindən biri də sanitariya-gigiyena qaydalarına riayət etmək və təmizlik işləri aparmaqdır”.
Qeyd edək ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İ. Əzizov və M. İsgəndərov barəsində 30 sutka inzibati həbs qərarı çıxarılıb.
Xəbəri paylaş
1 4078 dəfə oxunub.
Digər xəbərlər

7-06-2022, 14:34
Cinsini dəyişdiyi deyilən Bayram Nurlunu hansı oliqarx himayə edir?
14-07-2015, 15:20
Tiflis Ermənistanı mühasirəyə salır
28-10-2015, 16:49
Leyla Yunus məhkəmədə nəzarətçini vurdu
10-03-2017, 16:41
Bakıda qeyri-adi olay: Sabirin heykəli tüstüləndi - VİDEO
10-07-2015, 14:17
Nazir :- “Jurnalistlər istənilən şəxs barədə yazmaqda azaddır“
23-11-2022, 10:44
”Azəriqaz”sədri Ruslan Əliyev önləyici tədbir olaraq qrumun Şimal Regional İdarəsinin rəhbəri olan Hüseyn Şironovu vəzifədən azad edilib
24-10-2017, 13:54
Fazil Məmmədov federasiyanın I vitse-prezidentini işdən çıxardı– onu əvəzləyən şəxs bəlli oldu
9-07-2019, 13:16
Qadını döyüb kürəyindən bıçaqladı
20-10-2019, 20:00
Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı