Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Abbasov “işi”ndə Misir Mərdanovun yeri
Tarix: 12-02-2016 | Saat: 13:18
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

Əli Abbasov “işi”ndə Misir Mərdanovun yeri

İşdən azad olunduqdan sonra kölgəyə çəkilmiş keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla bağlı yeni xəbər yayılıb.

"Xəbəraz.az" Moderator.az-a istinadən xəbər verir ki, Abbasov üçün bu problemləri yaradan nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov olub. Sayt yazır ki, əslində nazir əvvəllər heç Vidadi Zeynalovu tanımırmış və keçmiş aparat rəhbərini vaxtilə ona təqdim edən keçmiş təhsil naziri Misir Mərdonov olub. O vaxtlar Dövlət İqtisad Universitetinin rektoru olan Əli Abbasova prorektor təqdimatının da Misir Mərdanov tərəfindən irəli sürülməsi məsələnin maraqlı tərəflərindən biri olub. Təbii ki, universitetə prorektor təyinatı məhz nazirin razılığı olmadan mümkün olmazdı və Misir Mərdanov sonradan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparat rəhbərinin müavini statusuna yiyələn qardaşı İlham Mərdanovun xahişi ilə Vidadi Zeynalovu Əli Abbasovun rektor olduğu təhsil ocağına prorektor təyin etdirib. Sonradan iş elə gətirib ki, nazir postuna yiyələnən Əli Abbasov Misir Mərdanovun təqdim etdiyi “zirək, əldən isti”, daşdan pul çıxarmağı bacaran prorektoru da özüylə nazirliyə gətirib aparat rəhbəri kimi mühüm posta əyləşdirib.

Sayt yazır ki, bir neçə il öncə prezident Ilham Əliyevin sərəncamı ilə ölkənin ümumtəhsil məktəbələrinin informasiya texnologiyaları ilə təminatı üçün sərəncamla ayırdığı 30 milyon manat vəsaitin də “şəffaf şəkildə, qəpiyinəcən təyinatı üzrə xərclənməsi”nə də o vaxtkı təhsil naziri Misir Mərdanovla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov rəhbərlik ediblər. Bu rəhbərlikdən də ölkənin ümumtəhsil məktəblərinə həmin vəsaitdən nə qədərinin çatmasını da yəqin ki, hüquq-mühafizə orqanları yoxlamamış deyillər.


Xəbəri paylaş

6158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___