Putinin general ovu – 39 zabit necə ölüb?
Tarix: 11-02-2016 | Saat: 11:01
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Suriyada və Ukraynada xidmət edən Rusiya generallarının ard-arda öldürülməsi diqqət çəkir. Ölümləri son dərəcə qaranlıq məqamlarla dolu 46 generaldan 39-u Vladimir Putinin prezidentlik dövrünə təsadüf edib.
Xəbəraz.az xəbər verir ki, Rusiyanın müharibə cinayətlərini ukraynalı bir qrup könüllü addım-addım izləyir. Yaratdıqları bir şəbəkə vasitəsilə rus ordusuna bağlı bütün məlumatları toplayan ukraynalılar şübhəli şəkildə ölən rus generalları barədə sensasiyalı məlumat əldə ediblər.
Qrupun iddiasına görə, Kremldən verilən əmrləri icra etməkdən boyun qaçıran generalların sayı son 20 ildə 46-ya çatıb. Bunlardan 8-i Rusiyanın Suriyada son iki ildə xidmət edən generalı olub və naməlum səbəblərdən intihar ediblər.
Rusiyanın sabiq prezidenti Boris Yeltsinin dövründə (1990-1999) isə 7 general naməlum səbəbdən ölmüşdü.
Ayaqqabı bağı ilə intihar
Son iki ildə intihar edən 8 generalın 2-i şiddətli baş ağrısı, 1-i xərçəng, 1-i depressiya kimi səbəblərdən vəfat edib. Lakin generalların həqiqi ölüm səbəbləri bu günə qədər sirr saxlanılır.
Rusiya Silahlı Qüvvələrinin generalı Buçnev 3 yanvar 2015-ci ildə, general-mayor Mişanin 21 iyun 2014-cü ildə, general-mayor Qudkov 8 iyun 2014-cü ildə, təqaüdçü, SSRİ silah qüvvələrinin generalı Saplin 18 mart 2014-cü ildə intihar edib.
Hərbi Dəniz Donanmasının vitse-admiralı Apanasenko və Hərbi Dəniz Qüvvələrinin şimal donanmasının admiralı Ustimenko özlərini tapança ilə vuraraq intihar ediblər.
Polis generalı Kolesnikov 16 iyun 2014-cü ildə sorğulanmaq üçün aparıldığı sorğu komitəsi binasının 6-cı mərtəbəsindən özünü ataraq intihar edib. Hərbi Hava Qüvvələri generalı Kudryavtsevin isə 6 yanvar 2015-ci ildə xərçəngin dözülməz ağrıları üzündən özünü ayaqqabı bağı ilə asdığı açıqlanıb.
Moskvada deyil, Livanda
Putin 2015-ci ildə qələbə bayramından bir gün əvvəl yüksək səviyyəli hərbi rəhbərlikdən 20 adamı bir gündə ölkədən qovub. Rusiyanın Suriyaya müdaxiləsindən 5 ay öncə baş verən bu hadisə “Suriyanı işğal edəcək general heyətinin hazırlanması” anlamına gəlir.
Yüksək çinli məmurlarla bağlı ortaya çıxan məlumatlar bu iddiaları gücləndirir.
Rusiya Baş Qərargah rəisinin müavini, general-leytenant Serqun, rəsmi məlumatlara görə, 3 yanvar 2016-ci ildə ürək tutmasından vəfat edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəli “Stratfor” təşkilatı isə Krımı ilhaq etməkdə müstəsna xidmətləri olmuş Serqunun 1 yanvar 2016-cı ildə Livanda öldüyünü açıqlayıb.
Qatarın altına “düşdü”
Rus hərbi kəşfiyyatının iki nömrəli şəxsi general İvanovun cəsədi 16 avqust 2010-cu ildə Türkiyənin Hatay vilayətinin sahillərində aşkar olundu. Rusiya Suriyanın Tartus limanında dəniz bazası yaradarkən İvanov bu bazanın inşasını təftiş edərkən görüntülənmişdi. İvanov ölkə xaricində yaşayan çeçenlərin qətllərini planlayan bir nömrəli şəxs kimi də tanınırdı.
Putin dövründə həyatını itirən generallardan bəziləri maraqlı cinayətlərin qurbanı olub. General-mayor Şevelyov 2002-ci ildə avtomobildə yandırılaraq, general-leytenant Trofimov 2005-ci ildə silahla vurularaq, general-polkovnik Troşev 2005-ci ildə təyyarə qəzasında, general-mayor Petrov 2009-cu ildə zəhərlənərək, general-leytenant Dubrov isə 2010-cu ildə elektrik qatarının altına “düşərək” ölüb.
Xəbəri paylaş
6038 dəfə oxunub.
Digər xəbərlər

26-01-2018, 13:47
İngilis hakim azan səsini eşitdi: - Oyunu dayandırdı- VİDEO
31-03-2017, 11:42
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib - FOTO
15-12-2016, 21:36
76 yaşlı kişinin butulkadan tikdiyi qeyri-adi ev - VİDEO
20-05-2023, 14:25
"Sən necə qardaşsan ki, bacın əxlaqsızdır..." - Gədəbəydə bakirəlik söhbəti üstündə dava düşdü
28-07-2015, 11:17
Azərbaycanda yeni bank açıldı
13-09-2017, 21:59
Güclü maqnit qasırğası başlayıb - XƏBƏRDARLIQ
1-01-2022, 10:40
Qaz limiti ilə bağlı VACİB MƏLUMAT: Yanvarın 10-dək... - VİDEO