Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlər Kabineti məlumat yaydı.
Tarix: 11-02-2016 | Saat: 09:58
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Nazirlər Kabineti məlumat yaydı.
Artur Rasizadədən sualtı mədəniyyətlə bağlı yeni qərar


Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası” və “Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası”nı təsdiq edib.

Bu barədə Nazirlər Kabinetindən bildirilib.

Bu qaydalara görə, sualtı mədəni irs nümunələrinə öz təbii və arxeoloji mühiti ilə birgə 100 ildən çox suyun altında qalan aşağıdakı mədəni sərvətlər aid edilir.

Belə ki, obyektlər, tikililər və onların qalıqları, artefaktlar və paleontoloji qalıqları, gəmilər, uçuş və nəqliyyat vasitələri və ya onların hissələri, yükü və içərisindəki digər əşyalar, qədim tarixi əşyalar mədəni sərvət hesab edilir.

Azərbaycanın ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekspertiza yolu ilə müəyyən edilir.

Sualtı mədəni irs nümunələri Azərbaycanın milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edildikdən sonra onların qorunması, bərpası və istifadəsi həyata keçirilir.

Dövlət sualtı mədəni irs nümunələrindən turizm, elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradır.


Xəbəri paylaş

5568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___