Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Rusiya ilə Türkiyə arasında müharibə başlayacaq və buna biz də qoşulacağıq"
Tarix: 08-02-2016 | Saat: 13:58
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

"Rusiya ilə Türkiyə arasında müharibə başlayacaq və buna biz də qoşulacağıq"

Rusiya Dövlət Dumasının Kommunist partiyasından olan deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər.

1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Müqavilənin şərtlərinə əsasən Naxçıvan Türkiyənin himayəsi altında və Azərbaycanın tərkibində muxtar ərazi statusuna malikdir.

Bununla bağlı millət vəkili Fazil Mustafa danışıb:

"Müqavilə ləğv olunsa, bu müqavilənin alternativi müharibədir. Heç kim öz torpağından vaz keçmək fikrində deyil. Ona görə də, Rusiya "Kars müqaviləsi"ni birtərəfli qaydada ləğv etsə, bu Türkiyəyə əsas verəcək ki, rəsmi Ankara Naxçıvanın müdafiəsi üçün hərbi əməliyyatlara başlasın. Bu zaman Rusiya ilə Türkiyə arasında müharibə başlayacaq və bu müharibəyə Azərbaycan da qarışacaq. Çünki burada Naxçıvanın taleyi həll olunur".

Qeyd edək ki, Moskva müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də iki dövlət arasında "Qars müqaviləsi" müddətsiz olaraq imzalanıb.


Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___