Vətəndaşların rahatlığını təmin etmək üçün xüsusi müasir avtobuslar xidmətə buraxılacaq.
Tarix: 10-04-2015 | Saat: 17:51
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər
Bakıda Avropa Oyunlarının keçirilməsilə əlaqədar nəzarət gücləndiriləcək.
Xeberaz.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun anspress-ə verdiyi məlumata görə, iştirakçıların təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bir çox ərazilərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Yol polisi bildirib ki, bunun üçün bir çox işlərin gecə saatlarında görülməsi üçün xüsusi tədbirlər həyata keçiriləcək.
“Paytaxtın inzibati ərazisindəki 9 məntəqə və lazımı yollar, onlarla kəsişən küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bunları nəzərə alaraq, vətəndaşlara Avropa Oyunları zamanı şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edirik. Vətəndaşların rahatlığını təmin etmək üçün xüsusi müasir avtobuslar xidmətə buraxılacaq. Onlardan səmərə liistifadə olunmalıdır”, - deyə Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, həmin dövrdə təmir bərpa işlərinin, kommunal təsərrüfat işlərinin görülməsi ancaq gecə saatlarda reallaşa biləcək. Gündüzlər bu işlərə qadağa qoyulacaq.
“Apteklərə dərman ləvazimatlarının paylanması, ərzaq dükanlarına malların verilməsi də yalnız gecə saatlarında olacaq. Həm dükan sahiblərinə, həm topdansatış mərkəzlərinin rəhbərlərinə, həm də istehsalçılara tapşırılacaq ki, məhsulların daşınmasını yalnız gecə saatlarında həyata keçirsinlər”.
Qurum rəsmisi bildirib ki, bir çox şirkətlərə xüsusi tövsiyələr veriləcək: “Özəl şirkətlərin rəhbərlərilə də əlaqə saxlanılacaq ki, mümkün dərəcədə həmin vaxt işçiləri məzuniyyətə, yaxud ezamiyyətə göndərsinlər. Yük daşınması ilə məşğul olanlar da, çalışıb işlərini həmin günlərə qədər yekunlaşdırsınlar. Əslində bizim beynəlxalq tədbir keçirmək təcrübəmiz var. İnanıram ki, bu dəfəki tədbirdə də, üzümüz ağ olacaq”.
Xəbəri paylaş
6258 dəfə oxunub.
Digər xəbərlər

15-02-2017, 19:44
Bakıya daxili orqanında külli miqdarda qızıl gətirən qadın saxlanıldı
16-01-2016, 11:06
Bülənt Ərsoyla Jelena Karleusa eyni eynəkdən taxdı – fotolar
31-01-2019, 15:48
Əxlaqsızlıqlığın səbəbkarı sosial şəbəkələrdir-Cavanşir Məmmədov
13-07-2016, 00:30
İran İrəvana dəstəyini artırır
4-05-2015, 12:32
1 manat 1 avroya bərabər oldu və çətin vəziyyətə düşdük.
20-04-2016, 17:03
Facebook statuslara görə pul verəcək
29-03-2015, 15:32
Oqtay Şirəliyevdən mühüm kadr dəyişikliyi
29-12-2015, 14:29
Azərbaycanda hava şəraiti kəskin pisləşəcək – XƏBƏRDARLIQ
6-10-2017, 20:06
Burun eşmək hansı xəstəliyin əlamətidir?
11-06-2018, 14:29
Gündə iki yarpağını yemək kifayətdir – REYHANIN 6 FAYDASI