Səfir: "Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir və dəstəkləməkdə davam edəcək"
Tarix: 05-02-2016 | Saat: 19:28
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Kəşmir problemi yalnız Cənubi Asiya regionu üçün deyil, həm də bütün dünya üçün təhlükəsizlik problemidir
"Biz Kəşmirdə öz hüquqları uğrunda mübarizə aparanlara dəstək olmaq üçün hər il fevralın 5-ni həmrəylik günü kimi qeyd edirik".
Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser Kəşmirlə həmrəylik günü münasibətilə deyib.
X.U.Qayser bildirib ki, Hindistanın təcavüzü nəticəsində Kəşmirdə 94 223 nəfər öldürülüb, 106 040 ev dağıdılıb və bu rəqəmlər hələ təxminidir: "Pakistan inanır ki, güc tətbiq etmək, demoqrafik vəziyyəti dəyişmək və Kəşmiri Hindistana inteqrasiya etmək cəhdləri Kəşmir əhalisinin haqlı mübarizəsini dayandıra bilməyəcək".
Onun sözlərinə görə, Kəşmir problemi yalnız Cənubi Asiya regionu üçün deyil, həm də bütün dünya üçün təhlükəsizlik problemidir.
Səfir, həmçinin Kəşmir və Dağlıq Qarabağ münaqişəsi arasında oxşarlıqları qeyd edib: "BMT-nin yerinə yetirilməyən qətnamələri var, beynəlxalq hüquq normaları pozulub, yerli sakinlər məcburi şəkildə köçürülüb, habelə onların hüquqları pozulub və s. Azərbaycan Kəşmir məsələsində Pakistanı dəstəkləyir. Pakistan da öz növbəsində Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir və bu dəstək davam edəcək".
Xəbəri paylaş
5548 dəfə oxunub.
Digər xəbərlər

9-07-2018, 13:50
Qubada kanat qırıldı - 1 ölü, 4 yaralı
27-10-2020, 13:47
Ermənistanın rəsmi açıqlanan itki sayı 1000-i keçdi - SİYAHI
22-01-2017, 20:51
Qadının internetdən aldığı yumurtadan dəvəquşu çıxdı - VİDEO
5-03-2017, 16:26
9-cu siniflər imtahan verdilər - YENİLƏNİB
7-06-2022, 14:23
Azərbaycanda daha bir azyaşlı qız EVLƏNDİRİLİR - Sabah toyudur
24-11-2021, 08:29
Müharibə vaxtı piano ifası ilə məşhurlaşan qəhrəman - VİDEO
5-10-2015, 23:24
İlham Əliyevdən yeni təyinatlar
21-01-2018, 19:20
Elçin Cahangirli maşınla adam vurdu
19-01-2023, 11:19
"Göyərti satan adama 1500 manat cərimə yazmaq olar?" - Deputat
5-07-2017, 11:32
“Qızımın intiqamını alacağam” - 2 yaşlı Zəhranın atası