Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zakir Qaralov: "Böyük işlər görülüb"
Tarix: 05-02-2016 | Saat: 19:16
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Zakir Qaralov: "Böyük işlər görülüb"
Fevralın 5-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Xəbəraz.az xəbər verir ki, kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, 2015-ci ildə dünyada mövcud olan siyasi, iqtisadi və maliyyə böhranlarına baxmayaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuş, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılıb. 2015-ci ildə ölkədə 54,4 milyard manatlıq ümumi daxili məhsul istehsal edilməsi, əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcminin artaraq 5703 manata çatması, 84 min daimi olmaqla 100 mindən çox yeni iş yerlərinin yaradılması, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləğinin 2015-ci il dekabrın 1-nə 7,1 milyard manat təşkil etməsi, 2014-cü illə müqayisədə əhalinin gəlirlərinin nominal ifadədə 5,7 faiz artaraq 41,7 milyard manata çatması xüsusi vurğulanıb. Təsadüfi deyil ki, Ümumdünya Davos İqtisadi Forumunun hesabatlarına görə ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya ölkələri sırasında 40-cı yerdə qərarlaşıb.

Azərbaycan Respublikasının BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi, bir müddət öncə ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsi, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi, eləcə də 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi, paytaxtımızın cari ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna və 2017-ci ildə daha bir möhtəşəm tədbirə - İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyi ölkəmizdə həyata keçirilən xarici siyasətin dünya dövlətləri tərəfindən yüksək dəyərləndirilməsinin bariz nümunəsi və müstəqillik illərində əldə etdiyi ən böyük nailiyyətlərdəndir.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəmərlərinin istifadəyə verilməsi, dünyanın nəhəng enerji layihələrindən olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılması ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə, regionda Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirməkdədir.

2015-ci ilin mühüm əhəmiyyətə malik olan ictimai-siyasi tədbirin – Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərin nəticələrinin xalqla dövlətin vəhdətinin və birliyinin əyani təsdiqi və bariz nümunəsi olmasını diqqətə çatdıran Baş prokuror, demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun olaraq keçirilmiş parlament seçkilərində xalqımızın yekdilliklə ölkədə mövcud əmin amanlığın və həyata keçirilən sosial-iqtisadi siyasətin davamlılığına, hərtərəfli inkişaf dinamikasının sürətlənməsinə, xalqın rifahının və gələcəyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının sistemli və ardıcıl olaraq qorunmasına səs verdiyini bildirib.

Xüsusi vurğulanıb ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində məqsədyönlü xarici siyasət tədbirləri davam etdirilməklə yanaşı, Milli Ordunun daha da gücləndirilməsi, müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri infrastrukturların yaradılması istiqamətində böyük işlər görülüb.


Xəbəri paylaş

6578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___