Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oqtay Əsədov Yunanıstanın xarici işlər naziri ilə görüşdü
Tarix: 03-02-2016 | Saat: 21:47
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Oqtay Əsədov Yunanıstanın xarici işlər naziri ilə görüşdü
Fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Oqtay Əsədov Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, O. Əsədov Azərbaycanla Yunanıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, qarşılıqlı səfərlər zamanı iki ölkə arasında 21 mühüm sənəd imzalandığını deyib: “9 sənədə isə hazırda baxılmaqdadır”.

Azərbaycanla Yunanıstan arasında parlamentlərarası münasibətlərdən danışan O. Əsədov ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələrin inkişafı üçün hər iki tərəfin geniş potensialı olduğunu diqqətə çatdırıb və reallaşdırılan TAP layihəsinin ölkələr arasında ticarət dövriyyəsini daha da artıracağını vurğulayıb.

Yunanıstanın xarici işlər naziri N. Kotzias ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da möhkəmlənməsinə hər zaman töhfə verməyə hazır olduğunu söyləyib, ölkələr arasında ticari, iqtisadi, mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsini vacib sayıb. N. Kotzias Yunanıstan parlamentində Azərbaycanla dostluq qrupunun yaradılmasının da parlamentlərarası əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.


Xəbəri paylaş

5588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___