Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kadırovun hazırkı davranışı Putinlə münasibətlərini poza bilər
Tarix: 31-01-2016 | Saat: 01:07
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Kadırovun hazırkı davranışı Putinlə münasibətlərini poza bilər
Çeçenistan rəhbəri Ramzan Kadırovun hazırkı davranışı Putinlə münasibətlərini poza bilər.

Xəbəraz.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında ekspert Nikolay Svanidze söyləyib. Onun sözlərinə görə, Kadırov Putinin vassalıdır:

“Kadırov özünün rəhbərindən irəliyə doğru qaçır. Başçı heç kimi önə buraxmamalıdır. Kadırov isə buna məhəl qoymadan başçıya düşmənləri, onlarla necə mübarizə aparmaq qaydalarını söyləyir. Hazırkı şəraitdə əsas məsələ ölkənin iqtisadi vəziyyətinin dəyişməsindən gedir. Çeçenistan dotasiyalar hesabına yaşayan regiondur. İndi Kadırov ölkənin müxtəlif yerlərində aksiyalar keçirməklə göstərir ki, mənim arxamda güclü qüvvə var və buna görə də mənim pulumu kəsməyin. Kadırovun nizamlı ordusu var. Bu ordu şəxsən ona tabedir. Vassalımın vassalı mənim vassalım deyil. Yəni Putin bu orduya heç bir əmr verə bilməz. Kreml atacağı ilk səhv addım bu regionda qarışıqlığa səbəb olacaq”.

Qeyd edək ki, bundan öncə Kadırovun ölkənin müxalif kəsimi ilə bağlı çıxışı böyük etirazlara səbəb olub. Lakin aksiyalar təkcə Kadırov əleyhinə olmayıb. Məhz çeçen liderin ətrafının fəaliyyəti ilə Qroznı və Dağıstanın bir neçə şəhərində Kadırova dəstək aksiyası keçirilib.


Xəbəri paylaş

5798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___