Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Minsk qrupu Qarabağla bağlı qərarın qəbul edilməməsi üçün əlindən gələni etdi
Tarix: 30-01-2016 | Saat: 13:55
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər

Minsk qrupu Qarabağla bağlı qərarın qəbul edilməməsi üçün əlindən gələni etdi
Baş nazirin müavini Əli Əhmədov danışdı.

Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağa dair qətnamə ilə bağlı səslərin sayılmasında saxtakarlıq həqiqətən olubsa, bunu bütövlükdə Avropanın ən vacib qurumlarından biri üçün başucalığı gətirməyən hadisə hesab edirəm.

Xəbəraz.az-ın APA-ya istinadən məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, AŞPA-nın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə əlaqədar qərara mənfi münasibət göstərməsi, Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməməsi bu quruma hörmət gətirmir.

“Ən azı ona görə ki, AŞPA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiq edib, ikinci dəfə əks mövqe nümayiş etdirilməsi düzgün hal sayıla bilməz. Digər tərəfdən, çox təəssüfedici hal ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri AŞPA-da belə bir qərarın qəbul edilməməsi üçün əllərindən gələni etdilər. Bu isə bütövlükdə Minsk qrupunun hansı məqsədə xidmət etdiyi haqqında bizi düşünməyə vadar edir”.

Xatırladaq ki, Robert Volterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb. Layihə qəbul olunmayıb.

Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, CHP-dən olan İstanbul millət vəkili İlhan Kesici qətnaməyə verdiyi səsin “bitərəf” kimi qeyd olunduğunu, əslində isə sənədin lehinə səs verdiyini açıqlayıb.


Xəbəri paylaş

7048 dəfə oxunub.

Digər xəbərlər
3-12-2015, 12:35 Gizirimiz şəhid oldu

bütün xəbərlər
____ Instagram ___