Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məmurlar NAZ almağa başlayıblar: “Sifariş o qədər çoxdur ki..”
Tarix: 27-01-2016 | Saat: 20:21
Bölmə:M / Karusel / Siyasət / İqtisadiyyat | çapa göndər

Məmurlar NAZ almağa başlayıblar: “Sifariş o qədər çoxdur ki..”
“Bu gecə səhərə qədər kataloq hazırlanması ilə məşğul olmuşuq”

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılması üçün maraqlı təkliflə çıxış edib. Məmurlara səslənən Prezident “Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”,-deyə bildirib.
Xəbəraz.az xəbər verir ki, Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev modern.az-a ölkə başçısının səsləndirdiyi fikirlərdən sonra həddindən artıq sifariş aldıqlarını deyib. Tələbin artmasından asılı olmayaraq , zavodun bunun öhdəsindən gəlmək iqtidarında olduğunu vurğulayıb:
“Zavod birnövbəli iş rejimində bir ilə 5 min ədəd avtomobil istehsal edir. Tələbat olarsa, ikinövbəli iş sistemində çalışmaqla 1 ilə 15-20 minə qədər avtomobil yığmaq olar. Ən başlıcası odur ki, tələb olsun. Bizim bu tələbi ödəməyə potensialımız və yetərincə kadrlarımız var. İxtisaslaşmış kadrlarımız Çin zavodunda istehsalat təcrübəsi keçiblər, ayrı-ayrı treninqlərdə iştirak ediblər. Yəni istehsal baxımından heç bir problemimiz yoxdur”.
Musa Abdullayev deyib ki, yanvarın 27-də Çinə məktub göndərərək, qiymət siyasətinə yenidən baxmalarını təklif ediblər:

“Bildimişik ki, dövlət bizim avtomobillərlə maraqlanır. Biz elə təklif verməliyik ki, tələbata uyğun olsun, arzusunda olan hər bir adam bizim avtomobilləri sürə bilsin”.


Xəbəri paylaş

9808 dəfə oxunub.

Digər xəbərlər
8-02-2016, 12:44 Siqaret UCUZLAŞDI

bütün xəbərlər
____ Instagram ___