Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oğlu intihar edən məmur: Heç kimə borcu yox idi
Tarix: 24-01-2016 | Saat: 02:45
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

Oğlu intihar edən məmur: Heç kimə borcu yox idi
“Ötən gün onun işə təyinatı baş tutacaqdı”.

Ötən gün Ağdaş rayonunun Qolqəti kəndində özünü yaşadığı evin həyətindəki çardaqdan asan 1986-cı il təvəllüdlü Taleh Allahverdiyevin atası oğlunun intihar etməsinin səbəbindən danışıb.

Xəbəraz.az xəbər verir ki, ANS PRESS-ə açıqlama verən Nizami Allahverdiyev bildirib ki, oğlunun borca görə özünü öldürməsi barədə yayılan məlumatlar doğru deyil:

"Belə məlumatlar bilmirəm kimlər tərəfindən, nə üçün yayılır. Ancaq onu deyə bilərəm ki, oğlumun heç kimə bir manat da olsa borcu yox idi.

Bəzi kütləvi informasiya vasitələri yalandan Talehin külli miqdarda borc üzündən özünü asdığı barədə məlumatlar dərc ediblər. Həmin məlumatları yayanlar hər biri məhkəmə qarşısında cavab verəcəklər."

Nizami Allahverdiyev oğlunun ölümünün dəqiq səbəblərini bilmədiyini deyib:

"Bütün ailə hazırda onun nə üçün intihar etdiyini düşünür.

Oğlum istixanada işlədirdi. İşdən evə gəlib yuyundu və daha sonra küçəyə çıxdı. Küçədən saat 22 radələrində qayıtdı, evə girdi və evdən yenidən çıxıb həyətə düşdü.

O, həyətə düşdükdən bir neçə dəqiqə sonra anası da həyətə düşdü və Talehin özünü asdığını gördü. Hələlik onun kimlə görüşdüyünü, nə səbəbdən belə bir addım atdığını araşdırırıq.

Ancaq son dəfə evə girəndə onun kefi yerində idi, bizimlə danışıb-güldü".

Oğlu intihar edən ata oğlunun işsizlikdən intihar etməsinə də aydınlıq gətirib:

"Düzdür Taleh uzun müddətdir işsiz idi. Hazırda Ağdaşda biyan zavodu tikilir. Oğlum oranın mühafizə xidmətinə rəhbər kimi işə başlayacaqdı. Ötən gün onun işə təyinatı baş tutacaqdı. Ancaq təyinatdan bir gün əvvəl Taleh belə bir addım atdı", - deyə ata əlavə edib.

N. Allahverdiyev Talehin onun tək oğlu olduğunu da söyləyib:

"Ondan mənə iki övlad miras qaldı. Biri 6 yaşlı Mahnur, digəri 4 yaşlı Aliyə. Bütün ömrümü bu körpələrə baxmağa həsr edəcəm".

Xatırladaq ki, intihar hadisəsi ötən gün Ağdaşın Qolqəti kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Taleh Nizami oğlu Allahverdiyev yaşadığı evin həyətindəki çardaqda özünü kəndirlə asıb.

Prokurorluqdan bildiriblər ki, ilkin ehtimala əsasən, 30 yaşlı kişinin intihar etməsinə səbəb onun uzun müddət işsiz qalması ilə bağlıdır.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Dünyasını dəyişən Taleh Allahverdiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar rayon şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.


Xəbəri paylaş

6428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___