Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səlim Müslümov Neftçala rayonunda 5 rayonun sakinləri ilə görüşüb (VİDEO)
Tarix: 23-01-2016 | Saat: 02:37
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər

Səlim Müslümov Neftçala rayonunda 5 rayonun sakinləri ilə görüşüb (VİDEO)

Səlim Müslümov: “Əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması məqsədilə təkcə son bir həftə ərzində Azərbaycan Prezidenti tərəfindən 16 Fərman və Sərəncam imzalanıb”

Mövcud iqtisadi şəraitdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısı tərəfindən təkcə son bir həftə ərzində bu məqsədlə 16 Fərman və Sərəncam imzalanıb. Onlardan 6-sı məhz əmək pensiyasının baza hissəsinin, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin, 20 Yanvar əlillərinə, müharibə əlillərinə (o cümlədən Qarabağ müharibəsi əlillərinə), şəhid ailələrinə Prezident təqaüdlərinin, sosial müavinətlərin artırılmasını nəzərdə tutur və müvafiq təbəqələrdən olan 2,3 milyon nəfərə yaxın şəxsi əhatə edir. Digər 10 Sərəncamla isə büdcə təşkilatlarında çalışanların əmək haqları artırılıb.
Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Neftçala rayonunda Neftçala, Biləsuvar, Cəlilabad, Salyan və Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edərkən vurğulayıb. Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə göstərilən diqqət və qayğının davamı olaraq, bu günlərdə əmək pensiyalarının baza hissəsinin, müavinət və təqaüdlərin, əmək haqlarının artırılması üçün Fərman və Sərəncamların imzalanmasına görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən məşğulluğun təminatı, imtiyazlı şəxslərin mənzil və reabilitasiya vasitələri ilə təmin olunması, bərpa müalicəsinə köməklik edilməsi, avtomobil növbəsinə dayanma üçün tibbi göstərişin verilməsi və s. məsələləri əhatə edib. Müraciətlər nazirliyin aidiyyəti üzrə məsul şəxsləri ilə birgə obyektiv şəkildə araşdırılaraq müvafiq tədbirlər görülüb. Nazirin tapşırığına uyğun olaraq, müraciətləri əsasında iki nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib, ayrı-ayrı şəxslər bərpa müalicəsinə cəlb olunmaları üçün qeydiyyata götürülüb, bir qrup şəxsə isə məşğulluqlarının təmin olunması üçün münasib iş yerlərinə göndərişlər verilib.
Mənzillə təmin olunmaqla əlaqədar müraciətləri cavablandıran S.Müslümov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev cari ildə də bütün sosial proqramların uğurla icra ediləcəyini bəyan edib: “Ötən il nazirlik tərəfindən 281 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni mənzil verilib, həmçinin 132 mənzilli yaşayış binası dövlət başçısının iştirakı ilə gözdən əlillərə təqdim olunub. Hazırda sakinlərini qəbul etdiyimiz Neftçala rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 ədəd, Cəlilabad rayonunda 8 ədəd, Biləsuvar rayonunda 3 ədəd fərdi ev tikilir. Salyan rayonunda isə ötən ay 17 ədəd fərdi yaşayış evi bu təbəqələrdən olan insanlara təqdim edilib”. Nazir qəbula gələn bir sıra vətəndaşların ailələrinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması, əlillik müayinələrinin aparılması, iş tapmaqda çətinlik çəkən şəxslərin yeni peşələrə yiyələnmələri üçün peşə hazırlığı kurslarına cəlb edilmələri və s. barədə göstərişlər də verib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Səlim Müslümov Neftçala rayonunda 5 rayonun sakinləri ilə görüşüb (VİDEO)
Səlim Müslümov Neftçala rayonunda 5 rayonun sakinləri ilə görüşüb (VİDEO)
Səlim Müslümov Neftçala rayonunda 5 rayonun sakinləri ilə görüşüb (VİDEO)


Xəbəri paylaş

4968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___