Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polşada 20 Yanvar faciəsi anılıb - VİDEO
Tarix: 20-01-2016 | Saat: 19:58
Bölmə:M / Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Polşada 20 Yanvar faciəsi anılıb - VİDEO
Tələbələr aksiya keçiriblər.

Yanvarın 19-da Polşanın paytaxtı Varşavada müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə 20 Yanvar faciəsi ilə bağlı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Xeberaz.az-a verilən məlumata görə, faciə ilə əlaqədar məlumatlar Polşa ictimaiyyətinə daha fərqli üsulda çatdırılıb.

Aksiyada iştirak edən tələbələr Nail Əhməd, Rəsul Mammədov, Məhərrəm Qarayev və Kamil Babayev üzərində 20 Yanvar faciəsini əks etdirən kiçik bukletləri, qərənfillərlə birlikdə şəhər sakinlərinə paylayıblar.

Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən hazırlanmış broşürlərin üzərində 20 Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən faciə haqqında polyak dilində geniş məlumat verilib. Aksiya zamanı tələbələr şəhər sakinlərini sovet qoşunlarının Bakıya müdaxiləsi zamanı dinc əhaliyə qarşı törətdiyi qətliam və bu qanlı faciənin baş verməsindən öncəki və sonrakı hadisələrin tarixi ilə bağlı məlumatlandırıb.

Bu faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini, əksinə, xalqımızın öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu bildirilib.

Qeyd edək ki, bu təşəbbüs Varşavanın mərkəzində həyata keçirilib.



Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___