Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“20 yanvar faciəsinin gənclərin düşüncəsinə təsir” mövzusunda tədbir keçirilib
Tarix: 18-01-2016 | Saat: 21:41
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər

“20 yanvar faciəsinin gənclərin düşüncəsinə təsir” mövzusunda tədbir keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə ictimai xadimlər, ziyalılar və gənc fəallar iştirak ediblər
Xəbəraz.az xəbər verir ki, “Həmrəylik” İctimai Birliyi və Azərbaycan İslam Partiyası Gənclər Təşkilatının birgə təşəbbüsü ilə tədbir keçirilib. Tədbir “20 yanvar faciəsinin, gənclərin milli-mənəvi əxlaqına, düşüncəsinə təsiri” mövzusunda baş tutub.
İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Quran tilavət olunub. Ardınca 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri “Həmrəylik” İctimai Birliyinin sədri Rəşad Dadaşov açıb.

O, 20 yanvar faciəsinin xalqın yaddaşında əbədi iz qoyduğunu xatırladıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet hərb maşınlarının Azərbaycan xalqına qarşı dəhşətli faciə törətdiyini deyən Rəşad Dadaşov, hadisələrin Azərbaycan tarixinə qanla yazıldığını diqqətə çatdırıb. Faciəni qəhrəmanlıq salnaməmiz kimi xarakterizə edən “Həmrəylik” İctimai Birliyinin sədri, qətliamın xalqın mübarizə əzmini qıra bilmədiyini vurğulayıb. 20 yanvar faciəsindən sonra xalqın milli ruhunun və özünüdərkin gücləndiyini qeyd edib. Faciə zamanı 130-dan çox insanın qətlə yetirildiyini, 1000-dən artıq soydaşımızın yaralandığını deyən Rəşad Dadaşov, bu qətliamın heç zaman unudulmayacağına diqqət çəkib.
Ardınca çıxış edən “Əsgər Analarına Dəstək” İctimai Birliyinin sədri Növrəstə İbrahimova faciəni canlı olaraq yaşadığını deyib. Canlı şahid kimi həmin gecə baş verənləri, faciənin dəhşətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, çıxışında insanları birliyə, vəhdətə səsləyib və yalnız bundan sonra imperialistlərə qarşı mübarizə aparmağın mümkünlüyünü ifadə edib.
Tədbirdə AİP Gənclər Təşkilatının sədri Vüqar Abdullayev də söz alıb. O, xalqımızın başına açılan müsibətləri, yaşanan faciələri gələcəyimiz olan gənclərə çatdırmaq baxımından bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Bəzi gənclərin tariximizdə yaşanan faciələrdən xəbərsiz olduqlarını təəssüf hissi ilə qeyd edən Vüqar Abdullayev, bu istiqamətdən təbliğatın gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Ən gözəl yol, şəhadət yoludur” fikirləri ilə çıxış edən Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyev tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Bu cür təfəkkür və düşüncə ilə gənclərin gələcəyinin parlaq olacağına diqqət çəkən İlham Əliyev, özünə inamın insanı qalibiyyətə apardığını deyib. Ən gözəl elmin, düşüncənin, peyğəmbər və Əhli-Beytin bizə çatdırdığı elm olduğunu vurğulayıb. Belə maarifləndirici tədbirlərin bundan sonra da keçirilməsinin zəruriliyini qeyd edib. Tədbirin sonunda 20 yanvar faciəsini əks etdirin video çarx nümayiş olunub.

Xəbəri paylaş

8698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___