Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İran-Səudiyyə gərginliyinin Azərbaycana təsiri olacaqmı? — TƏHLİL
Tarix: 17-01-2016 | Saat: 01:50
Bölmə:M / Karusel / Siyasət / Aktual | çapa göndər

İran-Səudiyyə gərginliyinin Azərbaycana təsiri olacaqmı? — TƏHLİL
Məmməd Gülməmmədov

Dollar Yaxın Şərqdəki gərginlik və dünya bazarındakı neftin bədbin proqnozlarından sonra 15 dekabrdan bəri dünyada demək olar ki, bütün valyutalara nisbətdə dəyər qazanıb.

Ukraynada və daha sonra Suriyada hərbi əməliyyatlara başlayan Rusiyaya qarşı aparılan "neft siyasətindən" sonra bu günlərdə yaşanan Səudiyyə Ərəbistanı və İran arasındakı edam böhranına görə artan geosiyasi gərginliklər və qlobal risk konsepsiyasındakı yüksəlişlə inkişaf etməkdə olan ölkələrin pul vahidlərinin dollar qarşısında dəyər itirməsi dünya iqtisadi bazarına təsirsiz ötüşməyib.

Səudiyyə Ərəbistanının aralarında şiə din xadimi Nəmr Mis Ən-Nəmrin də olduğu 47 nəfəri edam etdikdən dərhal sonra İrandakı Səudiyyə diplomatik nümayəndəliklərinə hücumların olması və bunun müqabilində Səudiyyə Ərəbistanının İran ilə diplomatik əlaqələrini kəsməsi, neft istehsalçıları olan digər ərəb ölkələri - Bəhreyn və Sudanın bu gərginlikdə tərəf olması, neft istehsal divi hesab olunan Birləşmiş Ərəb Əmirliklərinin İran ilə əlaqələrin səviyyəsini minimuma endirməsi, Küveytin İrandakı səfirini geri çağırması narahatlığın və dünya iqtisadi bazarındakı gərginliyin artmasına, etibarlı valyuta hesab olunana dollara tələbatın yaranması, ABŞ valyutasının təbii olaraq dəyərinin yüksəlməsinə gətirib çıxaran əsas amillərdən biridir.

Sözügedən proseslər neftin qiymətinin cüzi artımına səbəb olsa da iki ölkə arasındakı bu gərginlik regiona bütövlükdə mənfi təsir göstərir.

Ölkəmizə gəlincə manatın yüksək inflyasiyası kimi öz dinamikası səbəbindən də neqativ təsirə düşməsi və Mərkəzi Bankın bədbin açıqlamalarını növbəti devalvasiyanın qaçınılmaz olmasının xəbərçisi hesab etmək olar.

Qlobal olaraq risk müstəvisində azalma görülən yeni ilin ilk günlərində inkişaf etməkdə olan ölkə pul vahidlərinə paralel götürdükdə mənfi bir naviqasiya izləyən manat inflyasiya kimi öz dinamikası səbəbindən son dövrlər dünyada ən çox dəyər itirən valyuta vahidlərindən biri olarkən, "üzən məzənnə" ilə bayramdan sonrakı ilk iş gününü də itki ilə açması narahat edicidir.

İri neft istehsalçılarının arasındakı son gərginlik isə "neft siyasətinin" daha da dərinləşəcəyini və xırda neft istehsalçısı olan ölkələri 2016-cı ildə ciddi iqtisadi böhranla üz-üzə qoyacağını qaçınılmaz edir.


Xəbəri paylaş

6748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___