Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
II Qarabağ müharibəsi regionu məhv edəcək
Tarix: 13-01-2016 | Saat: 21:59
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

II Qarabağ müharibəsi regionu məhv edəcək

Uorlik: "Prezidentlər sülh prosesində irəliləyişə nail olmaq üçün tez-tez görüşməlidirlər".
Ümid edirik ki, 2016-cı ildə tərəflər həll prosesi ətrafında irəliləyişə nail olmaq üçün danışıqlar masası arxasında əyləşəcəklər.

ANS PRESS-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışarkən bildirib.

Amerikalı həmsədr tərəflərin güc tətbiqindən çəkinəcəklərinə və prezidentlərin ümumi sülh məqsədini sarsıdacaq təhrikçi ritorikalardan əl çəkəcəklərinə ümid etdiyini bildirib.

“Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı əllərində olan iki insandır. Prezidentlər sülh prosesində irəliləyişə nail olmaq üçün tez-tez görüşməlidirlər. Biz də hərtərəfli sülh sazişinin çoxsaylı elementlərini müzakirə etmək üçün prezidentlərdən aşağı səviyyədə də danışıqlar aparırıq. Bu kimi səylər etimad atmosferinin yaranmasına, gərginliyin azalmasına və münaqişənin tənzimlənməsi ilə bağlı dialoq mühitinin yaxşılaşmasına xidmət edəcək”, - deyə Uorlik bildirib.

Həmsədrin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri açıq şəkildə bəyan ediblər ki, münaqişənin sül yolu ilə həllinə sadiqdirlər.

"Genişmiqyaslı müharibə regionu məhv edə bilər və biz prezidentlərin də bunu başa düşdüyünə əminik. Ümid edirik ki, 2016-cı ildə münaqişə tərəfləri həll prosesi ətrafında irəliləyişə nail olmaq üçün danışıqlar masası arxasında əyləşəcəklər və sülhə nail olacaqlar", - deyə Ceyms Uorlik vurğulayıb.


Ceyms Uorlik - Amerikalı həmsədr

Həmsdər ötən gün də Dağlıq Qarabağ münaqişəsi haqqında açıqlama verib. O bildirib ki, 2016-cı ildə həmsədrlər prezidentlər arasında dialoqu gücləndirməyi planlaşdırır.

Diplomatın sözlərinə görə, eyni zamanda həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə işləməyə davam edəcəklər: "Biz xarici işlər nazirləri ilə həll prosesi ilə bağlı təkliflər, təmas xətti və beynəlxalq sərhədlər boyunca gərginliyin artması riskini azaltmaq üçün tədbirlər və Dağlıq Qarabağ icmaları arasında dialoqun təşviqi istiqamətində işləməkdə davam edəcəyik”.
II Qarabağ müharibəsi regionu məhv edəcək


Xəbəri paylaş

8518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___