Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Sultanəhməd terrorunu törədənin kimliyi bilindi
Tarix: 13-01-2016 | Saat: 00:34
Bölmə:M / Karusel / Dünya | çapa göndər

“Sultanəhməd terrorunu törədənin kimliyi bilindi
Xəbər verdiyimiz kimi, yanvarın 12-də Bakı vaxtı ilə saat 12:20-də İstanbulun Sultanəhməd meydanında baş vermiş partlayışda 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Türkiyə hökuməti terrorla bağlı fövqəladə iclas keçirib.
Xeberaz.azAzərtac-a istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, qanlı aksiyanı Suriya ərazisindən Türkiyəyə daxil olan 1988-ci il təvəllüdlü, İŞİD terror qruplaşmasının üzvü, terrorçu-intiharçı Nabil Fadlı tərəfindən törədilib. N.Fadlının adı Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan terrorçular siyahısında olmayıb. Terrorçu-intiharçı Türkiyədə qaçqın kimi qeydiyyatda olub.

Tramvayın “Sultan Ahmed” stansiyası yaxınlığında işləyən Xəlil İbrahim Pəltək və Yasin Behrud bildiriblər ki, dəhşət saçan bu terror bir an içində ətrafdakı insanları vahimələndirib:

“Ətraf qan gölü idi. Əcnəbilərin ən çox maraq göstərdikləri bu ərazidə terror törətmək Türkiyəyə qarşı ən böyük düşmənçilikdir”.

Qeyd edək ki, həlak olanların əksəriyyətinin Almaniya vətəndaşları olduqları müəyyən edilib. Hadisə ilə əlaqədar Türkiyənin Baş naziri Əhməd Davudoğlu Almaniya Kansleri Angela Merkelə telefonla zəng edərək başsağlığı verib.

Terror aktının məhz nə üçün Sultanəhməd meydanında törədilməsi ilə bağlı bir sıra versiyalar irəli sürülüb. Nəzərə almaq lazımdır ki, ötən il də bu ərazidə terror aktları törədilmişdi. Ümumi rəy belədir ki, Türkiyəyə qarşı olan terrorçu təşkilatlar bu ölkənin iqtisadi inkişafına sarsıdıcı zərbə vurmağı qərara alıblar. Belə ki, Sultanəhməd meydanı İstanbulun ən qədim abidələrinin yerləşdiyi ərazilərdən biridir. Burada təkcə turistlərin yox, rəsmi qonaqların da ziyarət etdikləri abidələr, ibadət yerləri vardır. Digər bir hədəf isə Türkiyənin Yaxın Şərq bölgəsindən olan qaçqınlara böyük humanistlik nümayiş etdirməsinin nəticəsini heçə endirməkdir. Ərəb ölkələrindən olan terrorçuları Türkiyəyə istiqamətləndirən qüvvələr yerli əhali ilə qaçqınlar arasında gərginlik yaratmaqda da maraqlıdırlar. Çünki Suriya böhranından sonra ən çox qaçqın qəbul edən Türkiyə tərəfi Avropa ölkələrini miqrant məsələsinə biganəlikdə qınamaqdadır.


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
26-04-2016, 23:29 Peyğəmbərmiz buyurmusdur

bütün xəbərlər
____ Instagram ___