Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xarici ölkələrə gedən xəstələrin sayı azalıb
Tarix: 09-01-2016 | Saat: 22:49
Bölmə:M / Karusel / Səhiyyə | çapa göndər

Xarici ölkələrə gedən xəstələrin sayı azalıb

Seymur Mehtiyev: "Anamın istəyi məni bu sənətə gətirdi"

Son illər müalicə üçün Azərbaycandan İrana, eləcə də xarici ölkələrə üz tutan xəstələrin sayı azalıb. Bu isə ölkəmizdə səhiyyənin inkişafı ilə bağlıdır. Dövlət tərəfindən səhiyyəyə qayğı durmadan artır. Səhiyyə müəssisələrinə öz ixtisasını mükəmməl bilən peşəkar həkimlər cəlb edilir. Belə həkimlərdən biri də dünyada tanınmış androloq-uroloq, həkim Seymur Mehtiyevdir. Xatırladaq ki, Seymur həkim 1984-cü ildə Cəlilabad rayonunda doğulub, boya-başa çatıb. Müsahibəni təqdim edirik:

- Həyatda həkimlik sənətinə həvəsim olmayıb. Anamın istəyi məni bu sənətə gətirdi. Hələ Göytəpə şəhər 10 saylı orta məktəbin 8-ci sinfində oxuyarkən anam dedi ki, hökmən stomatoloq həkim olmalısan. Anamın sözündən çıxmayıb dedim ki, gələcəkdə stomatoloq olacağam. Ona görə də həmin ildən bu ixtisasa aid olan fənləri öyrənməyə başladım, orta məktəbi bitirib sənədlərimi Azərbaycan Dövlət Tibb Universitetinə verdim və birinci müalicə-profilaktika ixtisasını yazdım. Tale elə gətirdi ki, həmin ili ADTU-nin müalicə- profilaktika fakültəsinə qəbul olundum. Sonra ixtisas seçimi etdim və gələcəyimi urologiyada gördüyüm üçün bu sahəyə daha çox üstünlük verdim. Türkiyəyə gedib İstanbul Universitetinin urologiya-andrologiya kafedrasında ixtisasımı davam etdirib, müasir uroloji-antoloji ixtisasına yiyələndim.

- Bəs iş fəaliyyətinə nə vaxtdan başladınız?

- Əsas iş fəaliyyətim 2004-cü ildə tələbəlik illərindən başlayıb. 2011-ci ildə yerli klinikaların birində ixtisasım üzrə işlədim. Sonra 2012-ci ildə ABŞ-ın Klivent Universitetinə gedib endrologiya üzrə ixtisaslaşma kursu keçdim və bu sahədə daha da püxtələşdim. Avropa Poloqlar Assosiasiya Cəmiyyətinin həqiqi üzvüyəm. Eyni zamanda, işlədiyim müddət ərzində 10-dan çox Avropa ölkəsində keçirilən Beynəlxalq Konqres və kurslarda fəal iştirak etmişəm. Onlarla elmi məqalələrim var. Eləcə də 2015-ci ildə Fransanın Çanberi şəhərində Medipal hospitalında böyrək daşlarının ən müasir müalicə üsulu olan "Flexible lazerlə müalicəsi" üzrə ixtisaslaşma kursu keçdim. Avropa ölkələrində istifadə olunan ən müasir tibb avadanlıqlarını ölkəmizə gətirdim. Artıq cərrahiyyə əməliyyatlarında həmin avadanlıqlardan istifadə olunur. Eyni zamanda, ADTU-nin dissertantıyam və "böyrəklərin antişemik qorunması" mövzusunda müdafiə edirəm.

- Son zamanlar kişilərdə cinsi xəstəliklər artıb. Sizcə, bu nə ilə əlaqədardır?

- Buna səbəb daha çox qidalanma faktorudur. Eləcə də ətraf mühit və ailə münasibətləri də kişilərdə cinsi problemlər yaradır, eləcə də sonsuzluq problemi artıb. Əvvəlcə xəstələr müayinədən keçirilir və xəstəliklərin yaranma səbəbi araşdırılır, buna uyğun da müalicə üsulu tətbiq edilir. Bizə kişi sonsuzluğu zamanı varikoz damar genişlənməsi mikrocərrahi müalicəsi olan xəstələr daha çox müraciət edir. Eləcə də cinsi zəiflik, "prostat" xəstəliyindən əziyyət çəkən xəstələr də müraciət edirlər. Qeyd edək ki, "prostat" xəstəlikləri prostat vəzinin böyüməsi ilə bağlıdır. Bunu ən müasir müalicə üsulu olan kinetik aparatı ilə müalicə edirlər. Bu xəstəliyin əsas əlamətləri çətinləşmiş sidik ifrazı və s-dir. Bu xəstəlik, əsasən, kişilərdə 50 yaşından sonra başlayır. Eləcə də böyrək xəstəliklərindən müraciət edən xəstələr də az deyil. Böyrək daşlarını ən müasir üsulla "Filexible" lazeri ilə heç bir kəsik aparılmadan təbii yolla müalicə edilir, daşlar çıxarılır. Artıq cərrahiyyə əməliyyatları müasir endoskopik üsullarla həyata keçirilir. Yəni, böyrək kimi böyük bir orqan kiçik deşikdən çıxarılır.

- Ölkəmizdə imkanlı və vəzifəli şəxslər, çoxlu sayda insanlar müalicə üçün xarici ölkələrə üz tuturlar. Sizcə, bu nədən irəli gəlir. Azərbaycanda səhiyyənin zəifliyindənmi, peşəkar həkimlərin olmamasındanmı, yoxsa başqa səbəb var?

- Daha çox məlumatsızlıqdan. Soydaşlarımız öz mütəxəssislərimizi qoyub İrana, Türkiyəyə, eləcə də xarici ölkələrin klinikalarına üz tuturlar. Yenə də deyirəm, bunlar hamısı ölkəmizdə peşəkar həkimlərin tanınmamasından irəli gəlir. Artıq xarici ölkələrə gedən xəstələrin sayı azalıb.

- Axı, özəl klinikalar baha olduğundan, imkansız xəstələr məcbur olub uzuc klinikalara, dövlət xəstəxanalarına üz tuturlar?

- Özəl klinikalara müasir avadanlıqlarla təchiz olunub, eləcə də peşəkar həkimlər cəlb edilib. Hər birimizi Allah yaradıb. Bizə bu peşəni, bu istedadı, elə ruzini, dərdi verən də Allahdır. Allah hər bir bəndəsini müəyyən yolla sınağa çəkir. Ona görə də insanlarda ilk öncə, Allah sevgisi, onun yaratdığına məhəbbət olmalıdır. Əgər cəmiyyətdə sevgi olmasa, insanlar yaşıya bilməz. Bizi də yaşadan və hörmətə mindirən, dünyaya yaxşı həkim, mütəxəssis kimi tanıtdıran elə cəmiyyətdəki insanlardır, camaatdır. Hər bir insanın vicdanı olmalıdır. Əlbəttə, nəinki bir həkim kimi, bir vətəndaş olaraq xalqımızı, Vətənimizi, ümumiyyətlə, insanları sevməliyik. Əgər sevgi, rəhm olmasaydı bu qədər xəstələr gəlib burada növbə gözləməzdilər. Müalicəyə gələn xəstələrin əksəriyyəti rayonlardan, ucqar kəndlərdən gələn imkansız adamlardır.


Xəbəri paylaş

8088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___