Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vəkili Cavid Hüseynova baraət istəyəcək
Tarix: 06-01-2016 | Saat: 20:45
Bölmə:M / Gündəm / Reportaj | çapa göndər

Vəkili Cavid Hüseynova baraət istəyəcək

Sabah Bakı şəhər Prokurorluğuna jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı açılmış cinayət işi çərçivəsində həbs edilmiş futbolçu Cavid Hüseynova baraət verilməsi ilə bağlı vəsatət təqdim ediləcək

"Lent.az"ın verdiyi xəbərə görə, bu barədə futbolçunun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, bu gün Cavid Hüseynovla görüşüb və cinayət işi ilə tanış olublar: "Cinayət işində bəraət verici əsaslar çoxdur. Buna görə sabah tərəfimizdən Bakı şəhər Prokurorluğuna vəsatət veriləcək. Cinayət işində görünür ki, Cavid Hüseynovun heç bir günahı yoxdur. Telefon danışıqları və “WhatsApp” yazışmalarında Cavid bibisioğluna deyib ki, heç nə lazım deyil. Söhbəti uzatmağa dəyməz”.

Vəkil Cavid Hüseynovun səhhətinin də normal olduğunu bildirib.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilir.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.


Xəbəri paylaş

6608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___