Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Universitet nazirliyə qarşı: Ödəniş fevraldan dollarla alınacaq - FOTO
Tarix: 05-01-2016 | Saat: 20:02
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

Universitet nazirliyə qarşı: Ödəniş fevraldan dollarla alınacaq - FOTO
Təhsil müəssisəsi elan yerləşdirib.

Xəbər verdiyimiz kimi, bu gün Təhsil Nazirliyi ali təhsil müəssisələrinin təhsil haqqını ABŞ dolları və ya digər bir ölkənin pul vahidi ilə tələb etmə haqqının olmadığı ilə bağlı açıqlama verib.

Amma bu qaydaya əməl etməyərək tələbələrdən dollarla təhsil haqqı tələb edən və hətta bunu elan formasında universitetin divarına vuran rektorlar var.

Belə hal Təfəkkür Universitetində qeydə alınıb. Universitet rəhbərliyi yerləşdirdiyi elanda, fevralın 1-nə kimi ödənilməyən təhsil haqqının həmin tarixdən sonra dollarla alınacağı yazıb:

“Elan

Tələbələrin nəzərinə,

Cari tədris ilində təhsil haqqından borcu olan tələbələr borclarını 01 fevral 2016-cı il tarixə qədər ödəmədikləri təqdirdə, qlamış borclar qeyd olunmuş tarixdən sonra ABŞ dolları məzənnəsi ilə ödəniləcək.

Təhsil haqqını ödəməyə tələsin!

Rektorluq”.

Xatırladaq ki, Təhsil Nazirliyi verdiyi açıqlamada qeyd edib ki, təhsil haqlarının manatla ödənilməsi şərti tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə də öz əksini tapıb.

Qeyd edək ki, daha öncə də Bakı Qızlar Universitetində təhsil alan tələbələrdən manatın üzən məzənnəyə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsi tələb olunduğu barədə məlumatlar yayılmışdı.Oxu.Az


Xəbəri paylaş

7118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___