Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə basqına görə 40 nəfər tutulub
Tarix: 03-01-2016 | Saat: 15:25
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə basqına görə 40 nəfər tutulub
Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına girməkdə təqsirləndirilən 40 nəfər saxlanılıb.

APA-nın İran bürosunun məlumatına görə, bunu Tehran şəhər prokuroru Cəfəri Dövlətabadi deyib.

Cəfəri Dövlətabadi bildirib deyib ki, bu işdə rolu olan digər şəxslərin də axtarışları davam etdirilir.

“Səudiyyə Ərəbistanın səfirliyinin binasına hücum edən şəxslərlə bağlı cinayət işi açılıb və bu hadisədə rolu olan bütün şəxslərin saxlanılması istiqamətində işlər davam etdirilir”, - deyə şəhər prokuroru qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında nüfuzlu İslam alimi Ayətullah Şeyx Baqir Nimr ən-Nimrin edam edilməsinə etiraz olaraq ötən axşam bu ölkənin Tehrandakı səfirliyi binası qarşısında 300-dən çox insan etiraz edib. Etirazçılar səfirlik binasını daşa tutaraq, bəzi otaqları dağıdıb, “Molotov kokteyli” atıblar.

Həmçinin Səudiyyə Ərəbistanın Məşhəd şəhərində yerləşən konsulluğu qarşısında da etiraz nümayişləri keçirilib. Qəzəbli insanlar binanın üzərinə çıxaraq burada Səudiyyə Ərəbistanının bayrağını endiriblər. Əraziyə xeyli polis qüvvəsi cəlb edilib.

Bu gün Tehranın Fələstin meydanında siyasi partiyalar və qrupların çağırışı ilə Tehran vaxtı ilə saat 15:00-da etiraz aksiyası keçiriləcək.

Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.

Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.


Xəbəri paylaş

5958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___