Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir: Məqsədimiz işğal altında olan torpaqları azad etməkdir - FOTO
Tarix: 31-12-2015 | Saat: 22:53
Bölmə:M / Karusel / Gündəm / Qarabağdan xəbər var | çapa göndər

Nazir: Məqsədimiz işğal altında olan torpaqları azad etməkdir - FOTO
“Silahlı Qüvvələrimiz inkişaf edərək monolit qüvvəyə çevrilib”.

Silahlı Qüvvələrdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən “Açıq qapı” gününün keçirilməsi ənənəyə çevirilib. 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il ərəfəsində keçirilən “Açıq qapı” günü də xalqla ordunun birliyinin təzahürü oldu.

Müdafiə nazirliyindən verilən məlumata görə, Gəncə şəhərində yerləşən hərbi hissədə də keçirilən “Açıq qapı” günüdə ölkəmizin müxtəlif guşələrindən gələn əsgər valideyinləri, deputatlar, müharibə və əmək veteranları, ictimayyət nümayəndələri iştirak ediblər.

Əlamətdar gün münasibəti ilə hərbi hissəyə gələn Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil qoyublar.

Sonra Müdafiə naziri əsgər valideyinləri, müharibə və əmək veteranları, ictimayyət nümayəndələri ilə görüşüb. O, bildirib ki, Ali Baş Komandan İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində silahlı qüvvələrimiz inkişaf edərək monolit qüvvəyə çevrilib, ordumuzun təminatı son illər ən yüksək səviyyəyə çatıb. Əsgər və zabitlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir.

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində müasir tələblərə cavab verən hərbi şəhərciklər istifadəyə verilib, şıxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Məqsədimiz budur ki, ölkə rəhbərliyinin və xalqımızın bizə göstərdiyi yüksək etimadı doğruldaq, işğal altında olan vətən torpaqlarını azad edək.

Əsgər valideyinləri ilə səmimi söhbət edən Müdafiə Naziri onları maraqlandıran sualları cavablandırıb. Nazir qeyd edib ki, əsgər valideyinləri, ictimayyət nümayəndələri onları narahat edən məsələlər, problemlər mövcuddursa bizə istədikləri vaxt müraciət edə bilərlər.

Şəki rayonundan gəlmiş əsgər atası Nağı Tağıyev ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini qeyd etməklə, ordu quruculuğuna böyük diqqət yetirildiyini bildirib.
“Əsgər və zabitlərimizə göstərilən qayğı bir valideyin kimi də məni qürurlandırır. Qürur hissi keçirdirəm ki, bu gün oğlum Yadigarlı Tural da etibarlı vətən müdafiəçiləri sırasındadır”, deyə N.Tağıyev deyib.

Milli Məclisinin deputatı Xanhüseyn Kazımlı son illər həyata keçirilən tədbirlərin vətənimiz və xalqımız üçün qürurverici olduğunu diqqətə çatdırıb. Millət vəkili bildirib ki, ölkəmizin bütün guşələrində hərbi qulluqçular üçün müasir tələblərə cavab verən, hərbi xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb. Qətiyyətlə demək olar ki, hərbi qulluqçularımızın vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir. Biz cəbhə bölgələrində dediklərimizin dəfələrlə şahidi olmuşuq. Bu gün bizim üçün həm də unudulmayan, yaddaşlara yazılan bir gündür. Hərbi qulluqçularla birgə bayramları birgə qeyd edirik. İnanıram ki, dövlətimizin, ordumuzun və xalqımızın gücü ilə növbəti bayram günlərini Xankəndində, Şuşada, Kəlbəcərdə, Laçında və digər müvəqqəti işğal altında olan torpaqlarımızda keçirəcəyik.

95 yaşlı Gəncə şəhər sakini, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov və əsgər anaları xalqımıza ən böyük arzumuz, istəyimiz olan qələbə sevinci arzuladılar.

Gəncə şəhər icra hakimiyyətinin başçısı E.Vəliyev çıxış edərək hərbi qulluqçuları, əsgər valideyinlərini bayram günləri münasibəti ilə təbrik etdi və onlara qələbələr arzuladı.

Müdafiə naziri tədbir iştirakçılarını əsgərlərin həyat şəraiti ilə yaxından tanış olmaq üçün əsgər yataqxanalarına, idman meydançasına və yeməkxanaya dəvət edib.

Tədbir iştirakçıları idman meydançasına gələrək əsgərlərin fiziki hazırlıq məşğələsinə tamaşa edib, müxtəlif idman tapşırıqlarını izləyiblər. Nazir onlarla birgə əsgər yataqxanalarına, istirahət otaqlarına baş çəkib. Valideyinlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə ediblər.

Sonra valideyinlər, ictimaiyyət nümayəndələri, qonaqlar əsgər yeməkxanasında əsgərlərlə birgə nahar ediblər. Azərbaycan Respublikasının Xalq artisti Azərinin oxuduğu mahnılar rəğbət və coşqu ilə qarşılanıb.

Xəbəri paylaş

7428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___