Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
““Şadam ki, müəllif mənim qızım Leyladır” - İlham Əliyev+Fotolar
Tarix: 31-12-2015 | Saat: 01:47
Bölmə:M / Karusel / Gündəm / Reportaj | çapa göndər

““Şadam ki, müəllif mənim qızım Leyladır” -  İlham Əliyev+Fotolar
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

Sonra İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun və Zirə qəsəbəsinin bir qrup sakini ilə görüşüblər. Prezident onlarla söhbət edib:

“Mehriban artıq 10 ildir ki, sizin deputatınızdır. Zirə qəsəbəsində və digər qəsəbələrdə inkişaf Mehribanın adı ilə bağlıdır. Bu layihə də Heydər Əliyev Fondu tərəfindən icra edilibdir. Şadam ki, bu layihənin ekoloji komponentinin müəllifi mənim qızım Leyladır”.

Prezident bildirib ki, Leyla Əliyeva ölkənin ümumi inkişafına töhfə verməyə çalışır:

“Xüsusilə ətraf mühitin, nadir heyvanların qorunması istiqamətində çox böyük işlər görür. Azərbaycanda ekoloji vəziyyətlə bağlı görülən işlər artıq beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bu yaxınlarda Parisdə iqlim dəyişikliyi ilə bağlı dünya əhəmiyyətli beynəlxalq konfrans keçirilmişdir. Azərbaycanın təqdim etdiyi nailiyyətlər orada xüsusilə qeyd edilmişdir. Çünki ətraf mühitin qorunması işində biz doğrudan da böyük uğurlara nail ola bilmişik. Xüsusilə Bakıda, Abşeronda, əfsuslar olsun ki, on illiklər ərzində neft hasilatı nəticəsində böyük ərazilər çirklənmişdir. İndi o ərazilərin təmizlənməsi işi gedir və o cümlədən dediyim kimi Böyükşor gölünün, Bibiheybət buxtasının təmizlənməsi artıq reallıqdır”.
““Şadam ki, müəllif mənim qızım Leyladır” -  İlham Əliyev+Fotolar
““Şadam ki, müəllif mənim qızım Leyladır” -  İlham Əliyev+Fotolar
““Şadam ki, müəllif mənim qızım Leyladır” -  İlham Əliyev+Fotolar
““Şadam ki, müəllif mənim qızım Leyladır” -  İlham Əliyev+Fotolar
““Şadam ki, müəllif mənim qızım Leyladır” -  İlham Əliyev+Fotolar


Xəbəri paylaş

6538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___