Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > "Mən Azərbaycanı öyrənirəm" müsabiqəsinin qalibləri Azərbaycanda

"Mən Azərbaycanı öyrənirəm" müsabiqəsinin qalibləri Azərbaycanda


20-09-2015, 16:41. Yazar: Xeberaz

"Mən Azərbaycanı öyrənirəm" müsabiqəsinin qalibləri Azərbaycanda

Dünya Azərbaycanlılarının Hərəylik günü ərəfəsində Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik mərkəzi Moskva Dövlət Linqvistika Universiteti, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin İqtisadiyyat klubu, Rusiya xalqları assambleyası və Avrasiya dostluğu qeyri-hökümət təşkilatı ilə birgə 2014-cü ilin dekabr ayında "Mən Azərbaycanı öyrənirəm" adlı Ümumrusiya gənclərinin yaradıcılıq müsabiqəsinin final hissəsini keçiriblər.

Tədbir qala-konsert formasında təşkil edilib. Müsabiqənin qalibləri 2015-ci ilin 26-31 iyul tarixləri arasında Şərqin incisi olan Azərbaycanda oldular. Rusiyalı qonaqlar Azərbaycanımızın gözəl təbiəti və qonaqpərvər xalqı ilə yaxından tanış oldular. Beş günlük rəngarəng gəzinti proqramımız daxilində onlar Azərbaycanın aparıcı Universitetlərində görüşlər keçirtdilər və bir sıra milli-mədəni tədbirlərdə iştirak etdilər. Azərbaycanla tanışlıq Şərqin şəhəri qədim Gəncədən başladı.

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərə-kompleksini ziyarət edən rusiyalı qonaqlar ilk gündən vətənimizin gözəl təbiətinə vuruldular,qonaqpərvər millətimizə heyranlıqlarını vurğuladılar. Tarixi Lahıc qəsəbəsini və Qəbələni gördükdən sonra isə bu gəzintinin onların həyatında xüsusi bir yeri olacağını tam səmimiyyətləri ilə qeyd etdilər. Qonaqlarımız Bakı gəzintisinə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, və Şəhidlər Xiyabanında şəhidlərimizin məzarına güllər qoymaqla başladılar. Proqramımız çox dolğun və rəngarəng idi. Şirvanşalar sarayı, Qız qalası, İçərişəhər, Bulvar kimi müasirliyin və tarixiliyin ahəngli bir şəkildə birləşdiyi Bakının ən gözəl yerlərini gəzən qonaqlar Azərbaycanın görkəmli ziyalıları ilə də görüşlər keçirtdilər. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayevlə görüşümüz yadda qalan oldu.

Sonrakı günlərdə isə Azərbaycan Milli kitabxanası və Bakı Slavyan Universitetində görüşlər keçirildi. BSU-nun müəllim və tələbə kollektivi rusiyalı dostlarımızı cox yaxşı qarşıladılar və Universitetin fəaliyyəti ilə tanış etdilər.Universitetlə tanışlıqdan sonra qaliblər Bakıdakı Rossotrudnicestvo ilə də tanış oldular.Bizi Mədəniyyət tədbiri ilə qarşılayan Rossotrudniçestvonun Bakı şöbəsində qonaqlarımız öz həmvətənləri ilə görüşməkdən çox məmnun qaldılar. Bu unudulmaz gəzintinin sonu isə Vətənimizin gəzməli-görməli yerlərindən olan gözəl Qəbələ şəhəri oldu.Qonaqlar oradan Moskvaya yollandılar. Qaliblərin hər biri unudulmaz ekuskursiyanın sonunda "Yenidən görüşənədək Azərbaycan" dedilər və özləri ilə bir çox hədiyyələr apardılar.
Geri dön