Ana Sayfa > Karusel / Dünya / M2 > Gürcüstanda keçmiş nazir müavinini başından vurdular

Gürcüstanda keçmiş nazir müavinini başından vurdular


29-08-2015, 15:24. Yazar: Xeberaz
Gürcüstanda keçmiş nazir müavinini başından vurdular
Silahlılar pusqu qurublar.

Gürcüstanda daxili işlər nazirinin sabiq müavini Levan Qvazavaya silahlı hücum edilib.

Xəbəraz.az Oxu.Az-a istinadən xəbər verir ki, hücum zamanı L.Qvazava başından yaralanıb və ağır vəziyyətdə İnqorokva klinikasına çatdırılıb. Hal-hazırda daxili işlər nazirinin sabiq müavini komadadır.

Gürcüstan Baş Prokurorluğundan verilən məlumata əsasən, silahlılar Qvazavanın Tiflis-Tabaxmela avtomobil yolunda mühasirəyə alaraq atəşə tutublar.

Hadisə zamanı Qvazava ağır yaralanıb, onu müşayiət edən qohumu Rezo Kalomletsavi isə yerindəcə keçinib.
Geri dön