Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > Bakıda dəhşətli qəza: 4 ölü, 4 yaralı – FOTO + VİDEO

Bakıda dəhşətli qəza: 4 ölü, 4 yaralı – FOTO + VİDEO


3-08-2015, 10:37. Yazar: Xeberaz
Bakıda dəhşətli qəza: 4 ölü, 4 yaralı – FOTO + VİDEO
Bakıda, Bilgəh-Nardaran yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xeberaz.az xəbər verir ki, "Lend Rover" markalı 90-KX-010 nömrə nişanlı avtomobil çox yüksək sürətlə hərəkət etdiyindən idarəetməni itirərək, "Zaporojets" , “Mersedes” və "Lexus" markalı avtomobillərlə toqquşub. Əsas zərbəyə tuş gələn "Zaporojets" markalı avomobil alışıb. Nəticədə avtomobildəki 4 nəfərin hamısı həyatını itirib. Ölənlərdən birinin cəsədi külə çevirilib.

Digər avtomobillərin sərnişinlərindən isə 4 nəfər ağır yaralanıb.

"Lend Rover”in sürücüsü isə taksiyə əyləşərək hadisə yerindən uzaqlaşıb.

Qəza baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili yardım maşınları gəlib.AzNews.az








Geri dön