Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Qəhrəman polisin faciəsi (FOTO)

Qəhrəman polisin faciəsi (FOTO)


9-07-2015, 21:09. Yazar: Xeberaz
Qəhrəman polisin faciəsi (FOTO)
Zaur Nurəliyevin meyiti yalnız həmin gecə saat 02:30 radələrində sudan çıxarıldı.
"Qardaşımın ən böyük arzusu general olmaq idi". Bu fikri iyul ayının 2-si saat 20 radələrində iki nəfəri batmaqdan xilas edərkən dənizdə boğulan polis serjantı Zaur Nurəliyevin qardaşı Mahir Nurəliyev ANS PRESS-ə bildirib.

M.Nurəliyevlə bu gün Zaurun boya-başa çatdığı Hövsan qəsəbəsində onun vəfatı ilə əlaqədar yas mərasimində görüşdük. Mərasimdə çox sayda adam iştirak edirdi və onların hər birinin üzündə bu itkinin onları nə qədər sarsıtdığı görünürdü. Vəfat edən şəxsin anasının və yoldaşının vəziyyəti isə ürək ağrıdırdı.


Zaur Nurəliyevin anası


Zaur Nurəliyevin həyat yoldaşı

Onu tanıyan və tanımayan iştirakçılardan başqa yas mərasimində Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinın şəxsi heyəti, həmçinin yüksək vəzifəli şəxslər də iştirak edirdi.


DİN-in şəxsi heyəti

Daha sonra mərasimə Azərbaycan Resublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev də gəldi. Rəis heç bir müsahibə verməsə də Nazirliyin mətbuat xidmətindən yas xərclərinin Baş Mühafizə İdarəsi tərəfindən qarşılanacağı bildirildi.


Soldan birinci Yaşar Əliyevr.

Mahir Nurəliyev əvvəl bizə qardaşının xidməti geyimlərini göstərdi.


Zaur Nurəliyevın xidməti geyimi

Daha sonra isə hadisə və qardaşı haqqında ANS PRESS-ə bunları dedi: "Hadisədən ilk mən xəbər tutdum. Ümumiyyətlə onun ayağına daş da dəyəndə ilk mənə xəbər edirdilər. Hadisə baş verən kimi onun həyat yoldaşı mənə xəbər etdi və mən də tez böyük qardaşımla Şüvəlan çimərliyinə, hadisə baş verən yerə getdik. Biz oraya çatanda onun iki aylıq körpəsini maşının arxa oturacağında gördüm və hadisə yerindən ilk onu uzaqlaşdırdım".

Mahir həmçinin onu da əlavə etdi ki, qardaşının ən sevdiyi ad Fərid olduğu üçün o, körpəyə də məhz bu adı verib.


Zaur Nurəliyevin 40 günlük körpəsi Fərid

Hadisə baş verən zaman Z.Nurəliyevin yanında olan bacanağı isə hadisə haqqında bunları dedi: "Biz ümumiyyətlə Zaurla qardaş kimi idik. Həmin gün də mərhum mənə zəng edərək dənizə getməyi təklif etdi və mən də razılaşdım. Lakin hava çox küləkli idi. Dəniz qırağında oturduğumuz zaman əvvəlcə bir qız səsi eşitdik. Onun boğulduğunu görən Zaur dərhal suya girdi. Həyat yoldaşı nə qədər yalvardısa da o sadəcə bunları dedi: ”Mən hər şeydən əvvəl polisəm və işim insanları xilas etməkdir”. Suya daxil olan serjant 18-19 yaşlarında olan həmin xanımı xilas edərək sahilə çıxardı. Elə bu zaman dərhal digər tərəfdə bir kişinin boğulduğunu gördü və yenidən suya girdi. Dənizin çox dalğalı olmasına baxmayaraq o, dalğalar arasından keçərək həmin insanı da sahilə çıxarmağa çalışsa da özü dalğalar arasına qərq oldu. Onun meyiti yalnız həmin gecə saat 02:30 radələrində sudan çıxarıldı".

Qeyd edək ki, 27 yaşlı polis serjantı Zaur Nurəliyev hadisədən bir gün sonra ata-baba yurdu olan İsmayıllının Buynuz kəndinə gətirilərək dəfn edilib.
Geri dön