Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > Bakıda sərnişin avtobusu divara çırpıldı: yaralılar var-FOTO+VİDEO

Bakıda sərnişin avtobusu divara çırpıldı: yaralılar var-FOTO+VİDEO


12-01-2017, 15:23. Yazar: Xeberaz
Bakıda sərnişin avtobusu divara çırpıldı: yaralılar var-FOTO+VİDEO


Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var.

"Xəbəraz.az " xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Təbriz Hüseynov idarə etdiyi 20 saylı "Daewoo" markalı avtobusla idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.
Nəticədə avtobusda olan sərnişinlər - 1994-cü il təvəllüdlü Qənirə Məmmədzadə, 1991-ci il təvəllüdlü Aişə Rəsulova və 1951-ci il təvəllüdlü Xuraman Cabbarova xəsarət alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bakıda sərnişin avtobusu divara çırpıldı: yaralılar var-FOTO+VİDEO
Bakıda sərnişin avtobusu divara çırpıldı: yaralılar var-FOTO+VİDEO


Geri dön