Ana Sayfa > K, İqtisadiyyat, M2 > “Beynəlxalq Bank”a yeni sədr gətirildi

“Beynəlxalq Bank”a yeni sədr gətirildi


10-01-2017, 16:51. Yazar: Xeberaz
“Beynəlxalq Bank”a yeni sədr gətirildi

Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

APA-nın məlumata görə, yığıncaqda bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib.

X. Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edib.

Bununla yanaşı, Aqşin Əmirov İdarə Heyətinə sədr müavini vəzifəsinə təyin olunub. A. Əmirov bundan öncə Bank Respublika ASC-də analoji vəzifəni tutub.
Geri dön