Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi - FOTO

Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi - FOTO


10-01-2017, 16:11. Yazar: Xeberaz
Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi - FOTO



Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi faciəvi şəkildə həlak olub.
"Xəbəraz.az " criminal.az-a istinadən xəbər verir ki, universitetin ''İnformatika'' kafedrasının müəllimi Sevda ismayılovanın idarə etdiyi ''Nissan'' markalı avtomobil yanvarın 9-da saat 16 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Malik Məmmədovun idarə etdiyi "İveco" markalı (6 saylı xətt avtobusu) avtobusla toqquşub. S.İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

S.İsmayılova 1967-ci ilin fevral ayının 27-də Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə Elm Mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "İnformatika" kafedrasının müəllimi idi.

Məlumata görə, S.İsmaylovanın həyat yoldaşı isə polis zabitidir. Onun həyat yoldaşı polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' istirahət Mərkəzinin baş mühasibidir.

Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi - FOTO
Geri dön