Ana Sayfa > K, Şou-Biznes, M2 > Aynişan: "Azərbaycanlıları "O səs Türkiyə"də istəmirlər"

Aynişan: "Azərbaycanlıları "O səs Türkiyə"də istəmirlər"


10-01-2017, 12:25. Yazar: Xeberaz
Aynişan: "Azərbaycanlıları "O səs Türkiyə"də istəmirlər"
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva azərbaycanlı gənclərin "O səs Türkiyə" yarışından uzaqlaşdırılmasına münasibət bildirib.

"Xəbəraz.az " bildirir ki, ifaçı özünün də müsabiqədə haqsızlıqlarla qarşılaşdığını vurğulayıb.

O bildirib ki, gənclərimiz kifayət qədər gözəl performans nümayiş etdiriblər:

"İndi isə gərçəkləri bir də məndən eşidin. Keçən il müsabiqəyə qatılanda ilk tur çox səs-küyə səbəb oldu. Mənim 4 videom bir həftə içərisində 1 milyon izləndi. Amma "Youtube"dan silindi. Həmin vaxt şübhələnmişdim. Çünki öz iştirakçılarının videoları mənimkindən də çox izləndiyi halda silinməmişdi. Sonra balaca otaqda ələndim, ikinci dəfə səhnəyə çıxmaq şansı vermədilər. İlk turdan keçməyimizin bir mənası qalmamışdı.

Orada məndən qat-qat güclü ifaçılar var idi. Bu yarış mənim üçün sadəcə bir əyləncə olduğu üçün heç nə demədim".

A.Quliyeva müsabiqədən uzaqlaşdırılan Zülfü Əsədzadə, Müşviq Əliyev, Gülşən İbadova və İlham Nəzərova haqsızlıq olunduğunu iddia edib:

"İndiki hərəkətləri heç bir vicdana sığmayan oldu. Mən Zülfü Əsədzadəylə birlikdə ikinci seçim turuna getdim. Dedilər ki, Zülfü, İlham, Gülşən və daha bir azərbaycanlı xanım iki türk ifaçı ilə bir qrupdadır. Biz bunun qurğu olduğunu anladıq. Mənə hərdən elə gəlir ki, gizli otaq seçim turu məhz azərbaycanlılar üçün yaradılıb. Çünki dünyada yayımlanan "The voice"də bu qanun yoxdur. Elnur Hüseynov qalib olandan sonra belə bir tur etməyə başladılar. Gökhan və Hakan dörd azərbaycanlını uzaqlaşdırdılar. Məhz bu 3 azərbaycanlı o yarışda səs salmışdı. Onlar bu iştirakçıların səhnədə necə möhtəşəm çıxış edəcəyini bilirdilər. Turlardan onları keçirmək məcburiyyətində qalmasınlar deyə belə etdilər. Məlum idi ki, SMS səsverməyə gəlib çatanda azərbaycanlılar onları birinci edəcəklər. Səbəb budur.

Bizi artıq o yarışda istəmirlər. Həmin otaqda oxuduqlarını da yayımlamayacaqlar, çünki o uşaqların ifasının möhtəşəmliyini kiminsə görməsini istəmirlər. Əziz xalqımız, bizim uşaqlar son dərəcə möhtəşəm ifa göstərib və uzaqlaşdırılıblar. Güclü olaraq oranı tərk ediblər. Var olsun istedadlarımız".
Geri dön