Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Bakıda maşın ananı qızının gözü qarşısında vurdu - VİDEO

Bakıda maşın ananı qızının gözü qarşısında vurdu - VİDEO


10-01-2017, 11:26. Yazar: Xeberaz

Bakıda maşın ananı qızının gözü qarşısında vurdu - VİDEO


Bakıda yolayrıcında toqquşan avtomobillərdən biri yolun kənarında dayanmış qadın piyadanı vurub.
"Xəbəraz.az " avtosfer.az-a istinadən xəbər verir ki, "Mitsubishi" markalı avtomobilin sürücüsü sağdan gələn "Mercedes" markalı avtomobilə yol vermədiyi üçün toqquşma baş verib. Həmin ərazidə düzünə hərəkət edənlərin sağdan gələnlərə yol verməsi tələb olunur və bunu bildirən yol nişanı da var. Lakin taksi fəaliyyəti ilə məşğul olan sürücü nişana əhəmiyyət verməyərək yüksək sürətlə hərəkəti davam etdirib. Bu zaman sağdan gələn avtomobillə toqquşan "Mitsubishi" yerində fırlanaraq yolu keçməyə çalışan qadını vurub. Aldığı zərbə qadını təxminən 2 metrdən artıq kənara tullayıb və o, ağaca dəyərək yerə çırpılıb. Qadın sağ qalsa da, həm avtomobilin zərbəsi, həm də ağaca çırpılması onun ağır xəsarət aldığını göstərir.

Kadrlardan aydın görünür ki, piyada qadınlar səkidən cəmi bir addım öndə dayanıblar. Elə bu da onlardan birinin vurulmasına səbəb olur. Əgər yolun hərəkət hissəsinə çıxmayıb səkidə gözləsəydi, yəqin ki, yerində fırlanan avtomobilin zərbəsinə tuş gəlməzdi.




Geri dön