Ana Sayfa > Karusel / Hadisə > "Baku Bus"un avtobusu ağır qəza törətdi: ölən var

"Baku Bus"un avtobusu ağır qəza törətdi: ölən var


10-01-2017, 11:12. Yazar: Xeberaz
"Baku Bus"un avtobusu ağır qəza törətdi: ölən var



Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib."Xəbəraz.az "xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “Nissan Qasqai” toqquşub. Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.

*****

5:19

Bakıda avtobusla minik maşını toqquşub, qadın sürücü dünyasını dəyişib.

"Xəbəraz.az "-ın “musavat.com”-a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində, Cəfər Xəndan küçəsində qeydə alınıb.

“BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkətdə olan avtobus minik maşını ilə toqquşub.

Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Sevda İsmayılova dünyasını dəyişib.

Qəzanın səbəbini Binəqədi Rayon Polis İdarəsi araşdırır.

Geri dön