Ana Sayfa > Karusel / Şou-Biznes > "Ərim məndən 18 yaş böyükdür" - İlhamə

"Ərim məndən 18 yaş böyükdür" - İlhamə


9-01-2017, 17:06. Yazar: Xeberaz
"Ərim məndən 18 yaş böyükdür" - İlhamə

"ATV maqazin onlarla" verilişinin "Gəlmələr" rubrikasının qonağı müğənni İlhamə Qasımova olub.

"Xəbəraz.az " bildirir ki, ifaçı şəxsi həyatından danışıb.

O bildirib ki, əri ondan 18 yaş böyükdür:

"Bu mənim alın yazımdır. İlk həyat yoldaşım da məndən 16 yaş böyük idi. Yoldaşım toylarda oxumağımı istəmir. Mən də şərt qoymuşam ki, məclislərdən aylıq qazanacağımı mənə versin, toya getməyim. Sonra mənimlə razılaşdı. Mən ailə üçün hər şeydən keçə bilirəmsə, o da nələrisə keçməlidir".

İ.Qasımova övlad sahibi olmaq istıədiyini deyib:

"Övladım yoxdur. Amma "Yeni ulduz"a gələndə məni övladım varmış kimi qələmə vermişdilər. Bu söhbətlər mənə pis təsir etdi. İllərdir ki, övladım olmasını istəyirəm, amma alınmır. Övladım olduğu haqda şayiə yayanların ailələri də illərlə övlad həsrəti ilə yaşasınlar. Heç vaxt qarğış etməmişəm. Amma övlad elə şeydir ki, onun şayiəsi olmaz. Həyatda elə qadın yoxdur ki, ana olmağı istəməsin".




Geri dön