Ana Sayfa > Karusel / Hadisə > Bakıda kriminal qruplaşmalar arasında atışma

Bakıda kriminal qruplaşmalar arasında atışma


9-01-2017, 15:03. Yazar: Xeberaz
Bakıda kriminal qruplaşmalar arasında atışma

"Xəbəraz.az "-ın xəbərinə görə, hadisə ötən gecə Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən "Nənəmin Təndiri" kimi tanınan iaşə obyektinin yaxınlığında baş verib.

Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər. Hadisənin iştirakçılarının tutulması istiqamətində axtarışlar davam etdirilir.report



Geri dön