Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Nurayın atasının atalıq hüququ ləğv edilə bilər - MƏHKƏMƏYƏ MÜRACİƏT

Nurayın atasının atalıq hüququ ləğv edilə bilər - MƏHKƏMƏYƏ MÜRACİƏT


9-01-2017, 14:17. Yazar: Xeberaz
Nurayın atasının atalıq hüququ ləğv edilə bilər - MƏHKƏMƏYƏ MÜRACİƏT

Bir neçə gündür Quba rayon sakini, 10 yaşlı Nuray Bayramzadənin bioloji atasına verilməsi ilə bağlı qalmaqal yaşanır. Lent.az xəbər verir ki, məhkəmə qızın atasına verilməsi ilə bağlı qərar versə də, bu qərarın icrası zamanı edilmiş kobudluqların ictimailəşməsi məsələni müzakirə mövzusuna çevirib. Qızın atasını qəbul etməməsi də vəziyyəti qəlizləşdirib.
"Xəbəraz.az " xəbər verir ki, vəkil Tağı Hüseynov Nurayın bioloji atasının valideynlik hüququndan məhrum edilməsi ilə əlaqədar qəyyumu, yəni xalası Mehriban Eldarova tərəfindən məhkəməyə verildiyini açıqlayıb. Vəkil bildirib ki, iddia ərizəsi Binəqədi rayon Məhkəməsinə daxil olub. Əgər məhkəmə Əvəz Bayramovu atalıq hüququndan məhrum etsə, Nuray Bayramzadə xalasının yanında qalacaq.


Geri dön