Ana Sayfa > Karusel / Hadisə / Dünya > İstanbul böyük faciədən döndü: Silsilə terror aktları

İstanbul böyük faciədən döndü: Silsilə terror aktları


7-01-2017, 19:48. Yazar: Xeberaz
İstanbul böyük faciədən döndü: Silsilə terror aktları


Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar mahalında sərhədi qeyri-qanuni yolla keçən 5 terrorçu yaxalanıb.

"Xəbəraz.az " xəbər verir ki, onlardan 2-sinin kamikadze olduğu müəyyən edilib.

Məlumata görə, sözügedən şəxslər Ceylanpınarda dövlət idarələrində və İstanbulun Anadolu səmtində silsilə partlayışlar törətməyə hazırlaşırmış.

Terrorçuların Suriyanın Haseke bölgəsində təlim aldığı da bildirilib.

İddiaya görə, terrorçular təxribatları həyata keçirmək üçün lazım olacaq silah-sursatı elə Türkiyədə əldə etməyi planlaşdırırmış.


Geri dön