Ana Sayfa > Karusel / Dünya > Xanımlar taksiyə minməsin – Türkiyədə qadağa

Xanımlar taksiyə minməsin – Türkiyədə qadağa


6-01-2017, 20:20. Yazar: Xeberaz
 Xanımlar taksiyə minməsin – Türkiyədə qadağa

Qaziantep bələdiyyəsinin payladığı “Qadın və ailə xüsusiyyətləri” kitabı bölgə camaatı arasında birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, kitabda ailə və insanların yaşam tərzi ilə bağlı təəccüblü qadağalar əks olunub. Məsələn, kitabda qadının təkbaşına taksiyə minməsi məqbul sayılmır: “Bir xanımın məcbur omadıqda taksidən istifadə etməməsi ən yaxşı yoldur”.

Müəllifi Məhməd Paksu olan kitabda nişanlı şəxslərin bir-birinə toxunması da məqbul sayılmır. Bildirilir ki, onlar görüşəndə mütləq yanlarında üçüncü şəxs olmalıdır.

Televizorun narkotiklə müqayisə olunduğu kitabda TRT-nin də bu “narkotikin” bir parçası olduğu deyilib. Televizordan başqa jurnal, qəzet, futbol və lotereya da bu qəbildən hesab olunub.

Sözügedən kitab Şahinbəy bələdiyyə məclisində böyük fikir ayrılığına səbəb olub. CHP-çi bələdiyyə məclis üzvü Uğur Qalxan kitabın araşdırılmasını tələb edib.
Geri dön