Ana Sayfa > Karusel / Hadisə / Dünya > "İzmirdəki terrorçular daha qanlı hücum hazırlayıbmış”

"İzmirdəki terrorçular daha qanlı hücum hazırlayıbmış”


6-01-2017, 00:48. Yazar: Xeberaz
"İzmirdəki terrorçular daha qanlı hücum hazırlayıbmış”

“İzmirdə partlayışın baş verdiyi ərazidən tapılan silah-sursatlar daha miqyaslı hücumun hazırlandığını təsdiqləyir”. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş nazirinin müavini Veysi Kayak deyib.

“Terrorçuların hazırlıqlı olması, habelə hadisə yerindən götürülən partlayıcı qurğular, silah və sursatlar daha qanlı hücumun hazırlandığını deməyə əsas verir”, - deyə Veysi Kayak qeyd edib.

Qeyd edək ki, İzmirdə məhkəmə binası qarşısında baş vermiş partlayış və atışma nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Terrorçulardan ikisi öldürülüb, daha biri barəsində axtarış elan edilib.
Geri dön