Ana Sayfa > Karusel / Hadisə / Dünya / Xəbəraz TV > İzmirdə məhkəmə önündə terror: 2 şəhid, 11 yaralı var - VİDEO

İzmirdə məhkəmə önündə terror: 2 şəhid, 11 yaralı var - VİDEO


5-01-2017, 19:06. Yazar: Xeberaz
İzmirdə məhkəmə önündə terror: 2 şəhid, 11 yaralı var - VİDEO


17:31

Türkiyənin İzmir şəhərində partlayış törədilib.

"Xəbəraz.az " xəbər verir ki, hadisə İzmir məhkəməsinin qarşısındakı polis məntəqəsinin yaxınlığında baş verib. Partlayışın bomba yüklü avtomobillə törədildiyi ehtimal olunur.

İlkin məlumata görə, partlayış nəticəsində 3 nəfər yaralanıb.

Partlayışdan sonra ərazidə atışma baş verib. DHA müxbiri 1 terrorçunun öldürüldüyü barədə məlumat verib.

Hadisə yerinə xeyli təcili tibbi yardım briqadaları göndərilib.

18:00

Terroru həyata keçirən 3 terrorçudan daha biri məhv edilib, 3-cü terrorçunun axtarışları davam edir. Polis təhlükəsizlik səbəbindən ədliyyə binasından heç kimi buraxmır.

Egey Universitetinin Tibb fakültəsi xəstəxanasına 6 yaralanın aparıldığı bildirilir.

***

İzmir şəhərində partlayış törətdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən öldürülən 2 terrorçunun görüntüləri yayılıb.

Qeyd edək ki, qanlı olayı törədən 3 terrorçudan biri qaçıb. Öldürülənlərdən birinin üstündə bomba olduğu ehtimal edilir.
Geri dön