Ana Sayfa > Karusel / Hadisə / Dünya > İstanbul "terrorçusunu" belə döydülər - VİDEO

İstanbul "terrorçusunu" belə döydülər - VİDEO


5-01-2017, 16:19. Yazar: Xeberaz

İstanbul "terrorçusunu" belə döydülər - VİDEO


Pendikdə "Reina" terrorçusuna bənzəyən şəxs bir qrup insan tərəfindən döyülüb.

Pendikin Kaynarca Məhəlləsi Kemalpaşa prospektində saat 13.00 radələrində baş verən olay zamanı döyülən K.M. bəzi insanların onu təqib etdiyini hiss edib. Qaçmağa çalışsa da, insanlar tərəfindən mühasirəyə alınıb. Baş verən qarışıqlıqda K.M.-nı "Reina" terrorçusu hesab etdikləri üçün onu döyməyə başlayıblar.

Hadisə yerinə gələn polis qrupları döyülən şəxsi bölməyə aparıb. Burada araşdırılan türkmən əsilli K.M. adlı şəxsin əslində "Reina"nı qana bulayan terrorçu olmadığı, onun bənzəri olduğu məlum olub.

Araşdırmanın ardından K.M. viza müddətinin bitməsi səbəbiylə ölkədən çıxarılmaq üçün Xarici İşlər Nazirliyinə göndərilib.

Bu da K.M.-ın döyülmə anı:






Geri dön