Ana Sayfa > Karusel / Siyasət / Dünya > Mosula ancaq Türkiyə girə bilər - Səddamın nəvəsi

Mosula ancaq Türkiyə girə bilər - Səddamın nəvəsi


31-12-2016, 11:37. Yazar: Xeberaz
Mosula ancaq Türkiyə girə bilər - Səddamın nəvəsi


İranlı qruplaşmaların Mosula daxil olmasına icazə verilməyəcək. Sadəcə türk ordusu bu şəhərə girə bilər.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri İraqın sabiq lideri Səddam Hüseynin nəvəsi Məsud Torun deyib.

“Ümmət üçün xaçpərəst ordusu ilə müharibə aparan Səddam Hüseynə Allahdan rəhmət diləyirik. ABŞ və onun nəzarəti ilə yaradılan Bağdad hökumətini tanımırıq. İranlı qruplaşmalar Mosul şəhərinə girə bilməz. Sadəcə türk ordusunun buna haqqı çatır. Yaşasın İraq, yaşasın Fələstin, yaşasın Türkiyə”, - Torun bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin İstanbul şəhərində motosiklet qəzasına düşən 33 yaşlı Torun gizli şəkildə xəstəxanada müalicə alırdı.
Geri dön