Ana Sayfa > Karusel / İqtisadiyyat / Bizim seçim > Aksizli malların satışı ilə bağlı dəyişiklik – Fərman

Aksizli malların satışı ilə bağlı dəyişiklik – Fərman


24-12-2016, 18:21. Yazar: Xeberaz
Aksizli malların satışı ilə bağlı dəyişiklik – Fərman


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman verib.

"Xəbəraz.az "-ın president.az-a istinadən məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın 3.2-ci bəndində “(pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla)” sözləri “(pərakəndə satış istisna olmaqla)” sözləri ilə əvəz edilir.
Bu Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

Geri dön