Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Yeni ailə quranlara şad xəbər - Video

Yeni ailə quranlara şad xəbər - Video


17-12-2016, 21:43. Yazar: Xeberaz

Yeni ailə quranlara şad xəbər - Video


Kənd təsərrüfatı sahəsinin inkişafı üçün radikal addımlar atılacaq.

"Xəbəraz.az "məlumat verir ki, bu, "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin həyata keçirilməsi ilə mümkün olacaq.

Sənəddə bildirilir ki, 2020-ci ilədək ət istehsalı 20, süd istehsalı isə 30 faiz artacaq. Pambıq istehsalı və emalı üzrə istehsal həcminin ən azı 4 dəfə, barama istehsalı və emalı üzrə istehsal həcminin isə ən azı 1000 dəfə artacağı gözlənilir. Bundan başqa, 25 kiçik və orta sahibkarlıq subyekti yaranacaq, inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsi hazırlanacaq.

2020-ci ilədək Azərbaycanın kənd yerlərində yeni ailə qurmuş gənclərin mənzillə təminatı da yaxşılaşdırılacaq.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Firdovsi Fikrətzadə deyir ki, Yol Xəritəsinə əsasən kənd yerlərinin yaşayış üçün cəlbediciliyini artırmaq üçün mənzil tikintisinin stimullaşdırılması, xüsusilə də kənd yerlərində gənc ailələrin və gənc mütəxəssislərin mənzilə əlçatanlığının artırılması üçün tədbirlər həyata keçiriləcək.

Yol xəritəsində həmçinin qeyd olunur ki, Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı üzrə dövlət proqramı layihəsi hazırlanacaq. Məqsəd ekoloji təmiz bitkiçilik və ya heyvandarlıq məhsulları istehsalını artırmaqdır.

Bütün bunların nəticəsində 2020-ci ildə Azərbaycanın real ÜDM-i 1 milyard 235 milyon manat artacaq. Burada birbaşa təsirin təxminən 575 mln. manat, dolayı təsirin isə 660 mln. manat olacağı gözlənilir. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 20 min yeni iş yeri açılacaq.


Geri dön