Ana Sayfa > Karusel / İdman / M2 > Azərbaycanın yeri dəyişməz qaldı

Azərbaycanın yeri dəyişməz qaldı


25-11-2016, 11:31. Yazar: Xeberaz
Azərbaycanın yeri dəyişməz qaldı
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA-nın klub əmsalında ölkəmiz aktivinə xal yaza bilməyib.

"Xəbəraz.az " xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Qəbələ” evdə “Anderlext”ə (1:3) və “Qarabağ”ın səfərdə “Slovan”a (0:3) yenilgisindən sonra ölkəmiz siyahıda əvvəlki kimi, 25-ci pillədə qərarlaşıb.

Elə aktivimizdəki xallar da eyni qalıb - 17.750. Əvəzində bizdən 1 pillə öndə olan İsrail aradakı fərqi artırıb. Yəhudilər daha 0.500 əmsal qazanaraq bu sayı 18.625-ə çatdırıb. 26-cı pillədəki Kiprin yeganə təmsilçisi APOEL də məğlub olduğundan adalılar ölkəmizi qabaqlaya bilməyib. Hazırda onların 17.550 xalı var.
Geri dön