Ana Sayfa > Karusel / İdman > Azərbaycanlı FİFA referilərinin siyahısında dəyişiklik edilib

Azərbaycanlı FİFA referilərinin siyahısında dəyişiklik edilib


14-11-2016, 21:22. Yazar: Xeberaz
 Azərbaycanlı FİFA referilərinin siyahısında dəyişiklik edilib

Gələn il Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı açıqlanıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda beynəlxalq dərəcəli 3 futbol referisi yer alıb. Bunlar Əliyar Ağayev, Rəhim Həsənov və Ömər Paşayevdir. Referi köməkçiləri Yaşar Abbasov, Namik Hüseynov, Rza Məmmədov, Vaqif Musayev, Zeynal Zeynalov və Mübariz Haşımovdur.

Futzal üzrə FIFA referilərinin siyahısında Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov və Hikmət Qafarlı yer alıblar.

Çimərlik futbolu üzrə FIFA referiləri Əfqan Həmzəyev, İnqilab Məmmədov, Sədaqət Vəliyevadır.

Qadın FIFA referiləri Səbayel Qurbanova və Yuliya Qurbanova, qadın FIFA referi köməkçiləri isə Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə və Lamiyyə Sadıqovadır.
Qeyd edək ki, ötən il beynəlxalq dərəcəli futbol referilərinin siyahısında Əliyar Ağayev, Rəhim Həsənov və Orxan Məmmədov yer alıblar. Yeni siyahıda isə Orxan Məmmədovu Ömər Paşayev əvəzləyib. Futzal referiliyində isə Hikmət Qafarlı Fərid İslamovu əvəz edəcək.
Geri dön